Azərbaycan amerikalı turistlər üçün visa rüsumunu endirdi
05 İYUL 2016
241

Azərbaycan amerikalı turistlər üçün visa rüsumunu endirdi

Azərbaycana gəlmək istəyən ABŞ vətəndaşları üçün visa rüsumu 160 dollardan 20 dollara endirilib. Bu barədə fins.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycana gəlmək üçün ABŞ vətəndaşları vizanı iki yolla- elektron turist vizası (emaillə göndərilir) və ənənəvi turist vizası (Baş Konsulluğa müraciət etməklə) əldə edə bilərlər.

Elektron vizanın qiyməti 20 dollar təşkil edir. Bu cür vizanı əldə etmək üçün turistlər Azərbaycandakı səlahiyyətli səyahət şirkətləri ilə əlaqə saxlamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır