Dünyanın ən böyük hava gəmisi uçuşlara hazırdır
10 AVQUST 2016
193

Dünyanın ən böyük hava gəmisi uçuşlara hazırdır

Dünyanın ən böyük hava gəmisi olan “Airlander 10” uçuş üçün tam hazırdır.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, istehsal edildiyi andan etibarən dizaynı ilə bütün dünyanı təəccübləndirən bu hava vasitəçisi zeplin/helikopter qarışığından ibarətdir. Hazırlanmasına üç il vaxt sərf edilib. Bu hava gəmisi doqquz mərtəbəli bina hündürlüyündədir. Burada helium qazının idarə edilməsinə imkan verən xüsusi bir panel də var. Təyyarə ilə müqayisədə çox az yanacaq sərf edən və çox az səs çıxaran “Airlander 10” on ton yük tutumuna malikdir.

Nəhəng hava vasitəçisinin bu ayın sonunda ilk uçuşunun keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır