Dünyanın görməli 15 şəhəri - SİYAHI
11 AVQUST 2016
413

Dünyanın görməli 15 şəhəri - SİYAHI

Amerikanın nüfuzlu Conde Nast Travel jurnalı səyahət etməyi sevənlər üçün dünyanın ən gəzməli və görməli 15 şəhərinin siyahısını açıqlayıb.

15. Tokiyo, Yaponiya

Yaponiyanın paytaxtı - bugünkü Tokio qədim adət-ənənə, füsunkar təbiəti və məbədlərlə bəzənən tarixi şəhərdir.

14. Barselona, İspaniya

Aralıq dənizi sahillərində yerləşən əsrarəngiz şəhərdir. Burada səhradan tutmuş dağlıq yüksəkliyinə qədər hər şey var. Öz məhşur məhəllələri, parkları ilə insanı cəlb edir. Səyahət edənlər Monjur parkındakı nəhəng Şüşəli Barcelona Akvariumunu da ziyarət edirlər.

13. Venesiya, İtaliya

İtaliyada yerləşən bu gözəl şəhəri çox zaman labirint şəhər adlandırırlar. Venesiya su üzərində qurulmuş şəhərdir, şəhərin gədim yaşayış evləri və rəngli fasadları gün ərzində minlərlə turisti özünə cəlb edir.

12. Zalsburq, Avstriya

Alp dağlarının sahilində yerləşən bu şəhəri Zalsax çayı iki yerə bölür.Qədim şəhər öz tarixi məbədləri və abidələri, yeni şəhər isə öz parkları, muzeyləri və iqamətgahları ilə məhşurdur.

11. Yerusəlim, İzrail

Üç dini özündə birləşdirən  İudey dağlarını ətəyində yerləşən müqəddəs şəhərdir. İzrail küçələrində yahudi sinaqoqu, xristian kilsəsi və müsəlman məscidləri bir-biri ilə qonşuluq edirlər.

10. London, İngiltərə

Şəhər bu yaxında 2 min illiyini qeyd edəcək. Şəhəri ikimərtəbəli avtobuslar,qırmızı telefon butkaları və saysız-hesabsız PUBları bəzəyir.

9. Kioto, Yaponiya

Qədim imperiyanın paytaxtı Xonsyu adasında yerləşir. Kiotoda təxminən 1600 budisd ehramı və 100-ə yaxın Mişen nişanlı restoranlar var. Çay sevənlər üçün burada hər il ənənəvi ÇAY festifalı təşkil olunur.

8. Bryuqa, Belçika

Şəhərin qədimliyi dini məbədləri, balaca evləri, daşlardan düzəldilmiş körpüləri insanı orta əsirlərə aparır.

7. Praqa, Çexiya

Praqanı asanlıqla festivallar şəhəri adlandırmaq olar. Şəhərdə 150 rəssamlıq qalareyası, 80 teatr,70 muzey və hesabsiz kiçik musiqili klublar var.

6. Roma,İtaliya

Bu şəhərə aşiq olmamaq mümkün deyil. Onun qədimliyi insanın ağlını başından alır.

5. Paris,Fransa

Eyfel qülləsi, Şahanə Versal Fransanın şedevridir. Şəhərdə çoxlu rahat kafeterialar var.

4. Sidney,Avstraliya

Avstaliyanın ən böyük şəhərlərindən biri, istirahət üçün hər fəsildə ən ideal şəhərdir.Yayda çimərliyə yollanmaq, qışda isə rəssamlıq qalereyalarını gəzmək olar. 

3. Vyana, Avstriya

Bu şəhər Alp dağlarının ətəyində Dunay çayının sahillərində yerləşir. Bugünkü gün Avstriyanın paytaxtı olan bu şəhər uzun illər Qabsurqlar Sülaləsinin iqamətgahı,Müqəddəs Roma İmperiyasının isə paytaxtı olub.

2. Budapeşt,Macarıstan

 Budapeşt –arxitektura modelinin bir nümunəsidir.                          

1. Florensiya,İtaliya

Arno çayının sahilində yerləşən bu şəhər uzun illər Medici Hercoqluğunun paytaxtı olub. Bu şəhərdə Leanardo Da Vinci ,Mikelandjelo, Dante və Qalileyo Qaliley kimi məhşurlar göz açıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır