Bakı yaşamaq yararlı olan 10 şəhərdən biri oldu
19 AVQUST 2016
598

Bakı yaşamaq yararlı olan 10 şəhərdən biri oldu

Britaniyanın nüfüzlu jurnalı "The Economist" Bakını yaşamaq yararlı olan, ən aktiv şəkildə inkişaf edən Top-10 şəhərlərin siyahısına salıb. Fins.az-ın Global Liveability Ranking 2016-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın paytaxtı insanların yaşaması və infrastrukturun inkişafı baxımından doqquzuncu yer tutub (reytinqdə 5 il ərzində +1,6%), bununlada Top-10-luğu bağlayan Honolulu şəhərini (Havay, ABŞ) qabaqlayıb. Dünyanın həyat üçün yararlılıq naminə ən dinamik inkişaf edən şəhəri isə İranın paytaxtı Tehran seçilib (5 il ərzində +5%).
 
Düzdü, həm Bakı (103-cü yer 140 şəhər arasında), həm Tehranın (126) bu Top-10-luğun başında duran Melburna çatmağına hələ çox var. Amma misal üçün Moskva beş il ərzində göstəricidə 5,6%, Kiyev - 25,1% geriləyib və hər iki şəhər həyat üçün yararlığın ən sürətli pisləşdiyi siyahıya daxil olublar.
 
Jurnal öz indekslərini 30 kəmiyyət və keyfiyyət faktorları və beş əsas kateqoriya üzrə seçir: stabillik, tibb, mədəniyyət və ətraf mühit, təhsil və infrastruktura.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır