Dubay ticarət mərkəzlərində böyük kampaniya başlayır
28 NOYABR

Dubay ticarət mərkəzlərində böyük kampaniya başlayır

Dubayda BƏƏ-də ölkənin 45 illiyinə həsr olunmuş tədbirlər silsiləsi keçiriləcək. Tədbirlər 1-3 dekabr tarixlərini əhatə edəcəkdir. Ən əsası isə alış-veriş sevənlər üçün əla şans yaranacaq. Beləki bayramla əlaqədər olaraq, Dubayın ticarət mərkəzlərində 30-90 faizlik endirimli qiymətlərlə alış-veriş etmək mümkündür.  1-3 dekabr tarixləri BƏƏ-də qeyri-iş günləri hesab olunur.

 Endirimlərə gəlincə isə Dubayda yerləşən Emirates Professional Business Centre (Al Twar Centre), Twasol Businessmen Service Centre (Al Muraqabbat Road), ITQAN Businessmen Service Centre və The Dubai Mall-da yerləşən Afaq Centre  ticarət mərkəzlərində əlverişli şərtlərlə alış-veriş etmək mümkün olacaqdır.

Qeyd edək ki, Dubayda ənənəvi Yeni il bayram tədbirləri 26 dekabrdan 28 yanvara kimi qeyd edilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır