Bakıda Rusiya universitetlərinin sərgisi keçiriləcək
06 İYUL
294

Bakıda Rusiya universitetlərinin sərgisi keçiriləcək

Paytaxtda Rusiyannın məşhur universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Bu barədə Turizm.fins.az xaricdə təhsil xidməti göstərən yerli şirkətlərdən biri məlumat verib.

Tədbirdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, N.İ.Piroqov adına Rusiya Milli Tibbi Tədqiqat Universiteti də daxil omaqla, Rusiyanın 30-dan çox aparıcı ali məktəbi iştirak edəcək.

Sərgidə iştirakçılar Rusiyada pulsuz təhsil almaq və universitetlərə qəbul haqqında ətraflı məlumat əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır