ABŞ-da kirayə evlərin qiyməti
11 AVQUST
1036

ABŞ-da kirayə evlərin qiyməti

Baxmayaraq ki, yay mövsümündə San-Fransiskoda icarə qiymətləri daha çox bahalaşır. Amma bu yay mövsümündə bahalaşma cüzi olub. Hətta bəzi rayonlarda qiymət enməsi də müşahidə olunub. Fins.az qərb mediasına istinadən xəbər verir ki, San-Fransiskoda orta icarə qiyməti bir üy üçün 3420 dollar təşkil edir. İki otaqlı evlərin qiyməti isə 4500 dollar təşkil edir. San-Fransiskoda illik icarə haqqı 41280 dollar təşkil edir. Orta hesabla ABŞ-da evlərin qiyməti 180 min dollardan başlayır.

Qeyd edək ki, ABŞ-ın başqa ştatlarında bir qədər ucuz evlərə də rast gəlmək olar. Belə ki, ucuz evlər Ohaya ştatının Toledo şəhərindədir. Bu şəhərdə 1 otaqlı evlərin kirayəsi 470 dollardı. Məlumat üçün bildirək ki, ABŞ-da ən bahalı evlər əsasən San-Fransiskoda ən ucuz evlər isə Toledo şəhərində yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır