Ən ucuz pivə bu ölkədədir
21 AVQUST
561

Ən ucuz pivə bu ölkədədir

Turizm xidmətləri təşkil edən  momonda qida məhsullarının, nəqliyyatın və restoranların ən ucuz hansı ölkədə olduğunu təqdim edib. Turizm.fins.az Momondoya istinadən xəbər verir ki, sadalanan xidmətlər ən ucuz Tunis və Hindistanda olub. Bundan başqa ərzaq məhsulları, nəqliyyat və restoranda nahar Moldova, Kuba və Gürcüstanda ucuzluğu ilə seçilir. Həmçinin sadalanan xidmətlərin ucuz olduğu ölkələrə Şri-Lanka, Vyetnam, Bolqariya və Tayland olub. Ən bahalı ölkələrə isə Belçika, İsveç, Norveç, Danimarka və İsveçrə olub. Araşdırmadan o da bəlli olub ki, ən ucuz nahar Şri-Lanka və Taylandda verilir. Ən ucuz kapuçino Tunisdə ən ucuz pivənin isə Çində olduğu bildirilib. Çində orta hesabla yaxşı pivənin qiyməti 1.29 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır