Bu ölkədə ev alan 158 dövlətə vizasız səfər edə bilər
25 AVQUST
1521

Bu ölkədə ev alan 158 dövlətə vizasız səfər edə bilər

Kiprdə 2 milyon avro məbləğində ev almaqla Kipr vətəndaşlığını və Avropa birliyi ölkələrinə vizasız səfər hüququnu qazanmaq olar. Bundan başqa ev alan şəxsin bütün ailə üzvlərinə və 21 yaşına qədər olan övladlarına da Kipr vətəndaşlığı və Avropa birliyi ölkələrində işləmək icazəsi və 158 ölkəyə vizasız səfər etmək icazəsi verilir.

Turizm.fins.az qərb mediasına istinadən xəbər verir ki,hazırda 2 min nəfərə bu yolla kipr vətəndaşlığı verilir. Bu ölkədə ev alanlar isə Kiprə 4 milyard avro investisiya ediblər.

Qeyd edək ki bu tip dövlət proqramları Portuqaliya və Maltada da var. Kiprdə ev almaqla investisiya yatıranlar isə daha çox Rusiya və Çin vətəndaşlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır