Qazprom otellərindən birini satışa çıxarıb
05 SENTYABR
212

Qazprom otellərindən birini satışa çıxarıb

Rusiyanın Qazprom şirkəti ona məxsus olan Pik otel kompleksini satışa çıxarıb. Turizm.fins.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb. Satışa çıxarılan kompleks iki korpusdan ibarətdir. Oteldə ümumilikdə 94 nömrə var. İstirahət kompleksinin ərazisi 8 280,1 kv metrdi. Bundan başqa mehmanxanada 12 ədəd 355,9 kv metr ərazisi olan nömrələr də var. Həmçinin kompleksin ərazisində sahəsi 1 625,2 kv metr olan 5 villa var. Otel kompleksi 1 milyard rubla satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır