İsveçdə magistr təhsili – QAYDALAR
13 OKTYABR
666

İsveçdə magistr təhsili – QAYDALAR

Bütün dünyada olduğu kimi ölkəmizdə də xaricdə təhsil almaq istəyənlər var. Tələbələr öz istəklərinə uyğun və bilik göstəricilərinə müvafiq  olaraq əcnəbi universitetləri seçirlər. Azərbaycanlı tələbələr isə daha çox Avropa universitetlərini seçirlər. Odur ki, Turizm.fins.az İsveçdə magistr təhsili üçün tələb olunan gösəriciləri təqdim edir.

İsveç dövlət universitetlərinin hamısı ödənişsizdir. Bu ölkədə yalnız özəl universitetlərdə ödənişli təhsil mövcutdu. İsveç universitelərinin tələblərinə gəlincə isə magistr təhsili üçün müraciət edənlərin bakalavr təhsili zamanı əldə etdikləri göstəricilər nəzərə alınır. Bu zamana bakalavr balı 70-80 dən az olmamalıdır. Həmçinin magistr təhsili almaq istəyən şəxsin İELTS göstəricisi minumum 6.5-dan aşağı olmamalıdır. İxtisas seçiminə gəldikdə isə Skandinaviya ölkələrinin universitetləri ixtisas dəyişimini elə də çox sevmirlər. Belə ki, Polşa, Latviya, Litva, Estoniya ölkələrində ixtisas dəyişikliyi normal qarşılansa da İsveç universitetlərində bu belə deyil. İsveç universitetlərinə deadline isə oktyabr ayından yanvar ayına kimi davam edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır