Fransada təqaüdlü təhsil – 70 min manat
27 OKTYABR
800

Fransada təqaüdlü təhsil – 70 min manat

ROOF Academic Training təhsil şirkəti Fransada təhsil almaq istəyənlər üçün təqaüdlü təhsil təşkil edir. Şirkətdən Turizm.fins.az-a verilən məlumata görə magistr təhsili almaq istəyənlər üçün 60 min manat, doktorantura da təhsil almaq istəyənlər üçün isə 70 min manatlıq təqaüd təklif olunur. Müraciət üçün şərtlər isə belədir:

Minumum ortalama 80 bal

Maksimum yaş həddi 30 yaş

Xarici dil sertifikatı (IELTS(min. 7.0), TOEFL(min 90), TCF(min 400)

Məlumat üçün bildirək ki, təqaüd proqramına yalnız iqtisadiyyat, menecment, hüquq, siyasi elmlər və mühəndislik ixtisası üzrə təhsili olan şəxslər müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır