Çexiyada İELST lazım olmadan ali təhsil - QİYMƏTLƏR
13 NOYABR
740

Çexiyada İELST lazım olmadan ali təhsil - QİYMƏTLƏR

Ölkədə fəaliyyət göstərən təhsil şirkəti olan Erasmuss Education Center Çexiyada həm bakalavr həm də magistr təhsili almaq istəyənlər üçün xidmətlərini təklif edir. Turizm.fins.az xəbər verir ki, adı çəkilən ölkədə ali təhsil qiymətlərinin illik ödənişi 1600 avrodan başlayır. Sənəd qəbulu 2018-ci ilin fevral və sentyabr ayı üçün nəzərdə tutulub. Tələbələr üçün lazım olan sənəd bakalavr diplomunun təsdiqi və əlavəsidir. Həmçinin bu sənədlərin igilis dilinə tərcümə edilmiş notarial qaydada təsdiqi tələb olunur. Qəbul Çexiyanın Mendel dövlət universitetinədir. Adı çəkilən şirkətin Çexiyanın bu universiteti ilə əməkdaşlıq etdiyindən tələbələrdən İELTS biliyi tələb olunmur. Tələb olunan yalnız Pre-Intermediate səviyyəsində ingilis dili biliyidir. Erasmuss Education Center-in tələbələrdən xidmət haqqı olaraq tələb olunan ödəniş isə 500 manatdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır