"Buta Airways" –də nəyi pulsuz apara bilərik? – QİYMƏTLƏR
05 YANVAR
762

"Buta Airways" –də nəyi pulsuz apara bilərik? – QİYMƏTLƏR

"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir. Turizm.fins.az xəbər verir ki, minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur. "STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verilir. Əl yükü də ödəniş müqabilində daşınır. Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

Qadın əl çantası və ya kişi portfeli (üç ölçünün cəmi üzrə ölçüsü 75 santimetrədək)

Portativ kompyuter (noutbuk)

Gül dəstəsi

Əl ağacı

Çətir

Kağızlar üçün qovluq

Üst geyim

Mobil telefon

Fotoaparat

Videokamera

Portpleddə kostyum

Körpəni daşıma zamanı istifadə olunacaq uşaq beşiyi

Hava gəmisinin salonunda və ya  sərnişinin ayaq altında təhlükəsiz yerləşə biləcək dayaqlar

İki yaşa kimi uşaqlar üçün uçuş zamanı tələb olunan qida və əşyalar.

Baqaj üçün ödənişli yerlər:

 

Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur,  üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə  - 25 Avro (30 ABŞ dolları)

Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan  ölçüdə  - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır