5500 dollara ABŞ-a getmək imkanı
11 YANVAR
1465

5500 dollara ABŞ-a getmək imkanı

Ölkəmizdə fəaliyyət göstərən və xaricdə təhsil təşkil edən F-Group Academy təhsil şirkəti həmişəkindən fərqli olaraq bu dəfə əcnəbi ölkəyə tur təşkil edəcək. Turizm.fins.az xəbər verir ki, məqsəd səyahət etməyi xoşlayan və Amerikada təhsillə maraqlanan gənclər və valideynlər üçün dinamik istirahət təşkil etməkdir. Universitetlərin siyahısı iştirakçıların özlərinin istəyi ilə dəyişdirilə bilər.

Sadəcə müəyyən texniki işlər F-Group Academy tətəfindən aparılacaq. (Tur rəhbərləri, Biletlər, Vizalar, Reservasyonlar)

Tur 16-25 Mart tarixləri arasında həyata keçəcəkdir.

Səfər zamanı Amerikada bir neçə məktəb və universitetlərlə daha yaxından tanış ola, həmçinin xəyallar ölkəsini ziyarət etmək arzunuzu reallaşdıra bilərsiniz.

Tur zamanı sizin viza, təyyarə bileti (gediş-dönüş), qarşılanma, otel, qidalanma (yalnız səhər yeməyi), sığorta xərcləriniz təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Vizadan imtina alan şəxslərin yalnız səfirlik üçün ödədiyi rüsum geri qaytarılmır. Müraciətçinin istəyinə uyğun olaraq təkrar müraciət etmək mümkündür. Tur üçün xidmət haqqı 5500 dollardı. Müraciət üçün 055 555 91 19; 051 555 91 19 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır