İsveçrədə layihə həyata keciriləcək – İŞTİRAK HAQQI 250 MANAT
06 FEVRAL
514

İsveçrədə layihə həyata keciriləcək – İŞTİRAK HAQQI 250 MANAT

İsveçrədə beynəlxalq Vikipediya layihəsi keçiriləcək. Proqram 2018-ci il 16 mart – 25 mart tarixlərində baş tutacaq. Layihənin məqsədi beynəlxalq könüllülərin iştirakı ilə Vikipediyada ekologiya, iqlim şəraiti və sosial ədalətlilik mövzularında olan məqalə boşluğunu aradan qaldırmaqdır. İştirakçılar məqalələrin yazılmasında, redakte olunmasında və tərcümə edilməsində iştirak edəcəklər. Vikipediyada iş təcrübəsi tələb olunmur. Layihə çərçivəsində lazımi treninqlər keçiriləcək. Müxtəlif ölkələrdən gənclərin iştirak edəcəyi bu düşərgədə həm də dil biliklərinizi inkişaf etdirə və başqa ölkələrdən yeni tanışlıqlar qazana biləcəksiniz, həm də İsveçrənin mədəni irsi ilə tanış olacaqsınız.

Yemək və qalmaq xərcləri qəbuledən təşkilat tərəfindən qarşılanır. İştirakçılar yalnız səfər xərclərini qarşılayacaqlar və iştirak haqqı ödəcəyəklər. İştirak haqqı isə 250 manatdır. Peşəkar dil biliyi tələb olunmur.
Daha ətraflı məlumat əldə etmək və müraciət üçün 012 310 34 92; 070 494 76 09 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır