Tələbələrə aylıq 750 avro verilir
08 FEVRAL
604

Tələbələrə aylıq 750 avro verilir

Təhsil xərclərinin çox az olduğu, dünyada ən qabaqcıl universitetlərə ev sahibliyi edən Almaniya, beynəlxalq tələbələr arasında təhsil üçün ən çox üstünlük verən ölkələrdən birinə çevrilib. Eyni zamanda dinamik, bir təhsil təcrübəsinə malikdir.

Almaniyada hər il təxminən 350.000 beynəlxalq tələbəyə təhsil imkanları yaradır. Alman universitetləri əsasən dövlət sisteminə tabe olurlar və aşağı ödənişdə təhsil verirlər. Alman universitetlərində təhsil dili Alman dilindədir, lakin buna baxmayaraq, bəzi universitetlər bakalavr və magistr səviyyəsində ingilis dilində təhsil təklif edirlər. Almaniyada oxumaq arzusunda olanlar üçün  Erfurt Universiteti magistratura dərəcəsi üzrə təqaüd proqramına start verir. Proqrama bütün ölkələrdən olan namizədlər müraciət edə bilər və tələbələrə 2 illik tədris müddətində 750 avro (aylıq) təqaüd verilməsi nəzərdə tutulur.

İctimai siyasət üzrə magistr proqramında iştirak etmək üçün əsas tələblər:

- Attestat

-Bakalavr dərəcəsi (diplom)

-İş təcrübəsi

-Analitik qabiliyyət və siyasi məsələlərə maraq

-Mükəmməl ingilis dili biliyi

-TOEFL: iBT– 90+, Pbt – 577+

-IELTS: 6.5+ (bütün kateqoriyalar üzrə – dinləmə, oxuma, yazma and danışıq).

Daha ətraflı məlumat və qeydiyyat üçün 055 255 08 80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır