Bu suallara cavab verənlər İngiltərəyə gedəcəklər
19 FEVRAL
1325

Bu suallara cavab verənlər İngiltərəyə gedəcəklər

The English Channel vebsaytını ziyarət edin, Birləşmiş Krallıqda bir həftəlik kurs qazanmaq şansı üçün müsabiqəyə qatılın. MÜSABİQƏ 28 FEVRAL 2018-Cİ İL, SAAT 23:59-DA (BİRLƏŞMİŞ KRALLIQ VAXTI) BAĞLANACAQ. Turizm.fins.az xəbər verir ki,The English Channel sizə Birləşmiş Krallıq incəsənəti haqqında videolara çıxış təklif edir və ingilis dili bacarıqlarını inkişaf etdirməyə kömək edir. Birləşmiş Krallıq incəsənətini və mədəniyyətini yaşamaq və ingilis dilini inkişaf etdirmək istəyirsinizsə, The English Channel-ı sınayın.

The English Channel British Council və tərəfdaşlarımıza aid kolleksiyalardan ən yaxşı müasir Britaniya incəsənətini özündə əks etdirir. Rəqəmsal sərgilər və videolar vasitəsilə ingilis dilinin əsl və real ifadələrindən faydalanın. 

Bizim mütəxəssislər tərəfindən yaradılan interaktiv video və təlimlər ingilis dili üzrə bilik və bacarıqlarınızın inkişafına xidmət edəcək. Britaniya incəsənətinin ən yaxşı nümunələrini araşdırmaqla və onlardan zövq almaqla yanaşı söz, qrammatika və dinləmə bacarıqlarızı praktik şəkildə tətbiq edəcəksiniz. Saytımızı indi ziyarət edin. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır