1 il ərzində istədiyiniz qədər ABŞ-a gedib qayıda bilərsiniz - QAYDALAR
09 MART
1469

1 il ərzində istədiyiniz qədər ABŞ-a gedib qayıda bilərsiniz - QAYDALAR

Turist vizasi almaqla siz Amerikaya:

- Turist kimi

- Tətil üçün, gəzmək üçün

- Dostlarınızı, qohumlarınızı ziyarət etmək

- Müalicə olunmaq

- Alış-veriş etmək

- Konsertlər, sərgilər və ya istənilən tədbirlərdə iştirak etmək

- İşləmək üçün sizi maraqlandıran şirkətlərlə canlı görüş keçirmək

- Təhsil almaq üçün potensial universitetlər, kollecləri araşdırmaq üçün gedə bilərsiniz.

Turist vizası adətən 1 illik verilir. Yəni, siz Amerikaya 5 günlük getmək istəsəniz də, viza 1 illik veriləcəkdir. Həmçinin 6 ay sonra getmək istəyirsinizsə, indidən müraciət edib vizanızı ala bilərsiniz. 1 il ərzində istədiyiniz qədər ABŞ-a gedib qayıda bilərsiniz. Lakin, hər girişinizdə 6 aya kimi qalmağa icazə verilir. Qanuni statusda qalmağı qoruyub saxlamaq üçün 6 ay tamam olmamış ABŞ-dan çıxmaq tələb olunur. Turist vizasını almaq üçün Amerikada heç bir kəsdən dəvətnamə almaq tələb olunmur

Viza üçün xidmətimiz

Vizaya müraciət üçün ərizə formasının düzgün doldurulması və ABŞ səfirliyinə təqdim edilməsi, düzgün sənədlərin toplanmasında məsləhətlərin verilməsi, viza görüşünün alınması

Şirkətimizin xidmət rüsumu: 50 AZN  (ABŞ səfirliyinə ödəyəcəyiniz viza rüsumu 160 dollar)

 Müraciət Prosesi:

Vizanı almaq üçün xüsusi bir vaxt yoxdur, öz istəyinizə uyğun istənilən vaxtda vizaya müraciət edə bilərsiniz. Vizanı, səfirliyə müraciət etdikdən sonra ən geci 1 həftə ərzində ala bilərsiniz.

Vizaya müraciət üçün xarici pasport, 5x5 arxa fon ağ rəng şəklin elektron variantı və səfirlik üçün lazım olan formanın doldurulması tələb olunur. Əlavə olaraq,  iş yerindən arayış və ya tələbəsinizsə universitetdən arayış və ya sizi Azərbaycana bağlayan digər sənədlər tələb oluna bilər. Bundan başqa, yaşınıza, səfərinizin məqsədinə uyğun digər sənədlər də tələb oluna bilər. 

Vizanı aldıqdan sonra ABŞ-ın istənilən ştatına gedə bilərsiniz.

Müraciət etmək üçün xahiş olunur aşağıdakı faylı yükləyin və doldurub faylın içində göstərilmiş emailə göndərin

Faylı Buradan Yükləyin

Turist vizası ilə Amerikaya getdikdən sonra orada işləyə, daimi yaşaya, Greencard və ya vətəndaşlıq ala bilərəmmi?

Nəzərə alın ki, ABŞ, imkanlar ölkəsidir və ölkənin daxili qanunları uzunmüddətli qanuni şəkildə yaşamağınız üçün kifayət qədər imkanlar yaradır. Lakin, əlbəttə ki, bu proseslər tədricən baş verir. Məsələn, turist vizanızı Amerikada ola ola digər vizalara dəyişdirməyinizdə heç bir qadağa yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır