Proqramı müvəfəqiyyətlə başa vuran namizədlər iki dərəcə –MA-MBA dərəcəsi alacaqlar
16 APREL
363

Proqramı müvəfəqiyyətlə başa vuran namizədlər iki dərəcə –MA-MBA dərəcəsi alacaqlar

Çexiya Respublikasının Praqa şəhərində yerləşən Anglo-American Universiteti  İsveçrənin Gland şəhərində yerləşən Davamlılıq İdarəetməsi Kolleci (SUMAS) ilə əməkdaşlıq çərçivəsində Beynəlxalq Bazarda Biznes və Hüquq üzrə magistr təqaüd proqramı təklif edir. Proqramı müvəfəqiyyətlə başa vuran namizədlər iki dərəcə –MA-MBA dərəcəsi alacaqlar.

Proqram haqqında məlumat kitabçası – https://mailchi.mp/aauni.edu/mambaprograms

Anglo-Amerikan Universiteti Pragada yerləşən beynəlxalq, özəl və qeyri-kommersiya təhsil müəssisəsidir.

SUMAS, davamlı inkişaf ilə məşğul olan məşhur İsveçrə universitetidir.

Bu təqaüd tələbələrə iki magistr dərəcəsi almağa imkan verir:

Beynəlxalq bazarda biznes və hüquq sahəsində MA

Davamlılıq İdarəetməsi üzrə MBA

Tədris müddəti: 5 – 6 semestr

Hər iki proqram üçün məbləğ 15.000 avro təşkil edir.

Təqaüd dəyəri: hər iki proqramı üzrə qeyd edilən məbləği 60%-i

Tələb olunan sənədlər təqdim edilir: admissions@aauni.edu

Orta məktəb attestatı

Bakalavr diplomu

Bakalavr üzrə transkript

İngilis dilində sertifikatı: TOEFL; CAE; IELTS.

İki tövsiyə məktubu

CV

Pasportun / şəxsiyyətin surəti

Son müraciət tarixi: 15 iyun

Ətraflı məlumat əldə etmək istəyənlər 055 255 08 80 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır