Nyu-York iş səyahəti üçün dünyanın ən bahalı şəhəridir
20 APREL
342

Nyu-York iş səyahəti üçün dünyanın ən bahalı şəhəridir

ABŞ-ın Nyu-York şəhəri iş səyahəti üçün dünyanın ən bahalı şəhəri seçilib.

Turizm.fins.az xəbər verir ki, bu barədə  Nyu-Yorkla yanaşı, dünyanın 3 şəhərində - London (Böyük Britaniya), Sidney (Avstraliya) və Honq Konqda ofisi olan "ECA International" araşdırma təşkilatı məlumat yayıb.

Qurum bəyan edib ki, Nyu-Yorka 1 günlük iş səfərinin qiyməti təxminən 900 ABŞ dolları təşkil edir. Siyahıda 2-ci yeri isə Avropada səyahət etmək üçün ən bahalı şəhər sayılan Cenevrə (İsveçrə) tutub. Buraya 1 günlük iş səyahəti üçün təxminən 800 dollar ödəmək lazım gəlir.

Sıralamada Monako, Basel (İsveçrə), Paris(Fransa) və London (Böyük Britaniya) şəhərləri də qərarlaşıb. Paris və London həmçinin otel qiymətlərinə görə ən bahalı şəhərlər sırasında ilk yerdədirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır