Greencard proqramında qalib olan tələbələrə AMERİKADA əla şans yaradılır - ƏTRAFLI
22 MAY
804

Greencard proqramında qalib olan tələbələrə AMERİKADA əla şans yaradılır - ƏTRAFLI

Greencard proqramında qalib olan tələbələrə əla şans yaradılır. Demək proqramda qalib olan tələbələr istəklərinə uyğun olaraq ya Amerikada istədikləri qədər və istənilən sahədə işləyə bilərlər və ya təhsillərini davam etdirə bilərlər. Hər iki halda şirkət sizlərə yaxından köməklik göstərəcəkdir.

QEYD: Əgər Amerikada təhsil almaq istəsəniz, maliyyə tərəfindən qətiyyən narahat olmayın. Çünki, bütün Greencard qalibləri, təhsil üçün aşağıdakı fürsətlərdən istifadə edə bilərlər:

Göstəriciləriniz yaxşıdırsa ABŞ dövlətindən tam təqaüd ala bilərsiniz və tamamilə pulsuz şəkildə təhsilinizi başa çatdıra bilərsiniz

Əgər təqaüd ala bilməsəniz, yenə də narahat olmağa dəyməz. Təhsiliniz üçün ABŞ dövlətindən təhsil krediti götürə bilərsiniz və krediti qaytarmağa YALNIZ işləməyə başladıqdan sonra başlayacaqsınız. Kreditinizi 25 ilə kimi qaytara bilərsiniz. İş tapa bilmədiyiniz halda kredit borcunuzu qaytarmaq məcburiyyətiniz olmayacaqdır

Aşağıda, müxtəlif kurslarda oxuyan tələbələr üçün bəzi seçimlər göstərilib:

1-ci və 2-ci Kurs Tələbələri:

Sizin üçün müxtəlif seçimlər mövcuddur. Greencard qazandıqdan sonra artıq Amerikada yaşamaqla bağlı uzun müddətli planlar qura bilərsiniz. Əgər təhsilinizi davam etdirmək istəyirsinizsə, növbəti ildə biz sizə kömək edirik ki Amerikada müxtəlif universitetlərə köçürüləsiniz və təhsilinizi orada davam edirsiniz. Oxuya oxuya işləyə də bilərsiniz (yarım şatatlı işlər adətən). Əgər İngilis dilini bilmirsinizsə, və ya zəif bilirsinizsə dili öyrənməkdə köməklik göstərəcəyik və Amerikaya getmək üçün tam hazırlıq görəcəyik.

Nəzərə alın ki, Greencard aldıqdan sonra məcbur deyilsiniz ki, elə həmin il Amerikaya gedəsiniz. İstəsəniz təhsilinizi Azərbaycanda tamamlaya da bilərsiniz. Sadəcə əmin olursunuz ki, əlinizdə Greencard var və universiteti bitirdikdən sonra 100% Amerikaya gedə bilərsiniz. Universiteti bitirdikdən sonra biz sizə əgər istəsəniz iş tapa bilərik, yox əgər oxumaq istəsəniz biz sizə Amerikada 100% ödənişsiz magistraturaya daxil olmağa kömək edirik.

Eləcə də bax: 2018 may ayının Greencard nəticələri açıqlandı - SİYAHI

3-cü və 4-cü Kurs Tələbələri:

Sizlər üçün də müxtəlif və gözəl seçimlər mövcuddur. Greencard vizası aldıqdan sonra artıq magistratura oxumağı və ya işləməyi planlaşdırmaq olar. Siz artıq Amerikan vətəndaşları ilə eyni hüquqlara malik olacaqsınız. Ona görə də Amerikada ödənişsiz magistraturaya daxil olmaq çox asan olacaq. Əgər ingilis dilini zəif bilirsinizsə Amerikaya getməzdən qabaq dilinizi təkmilləşdirməyə köməklik göstərəcəyik və sizin üçün öz sahənizə uyğun magistratura proqramları tapacayıq. Magistraturanı bitirdikdən sonra isə öz sahənizdə Amerikada rahat işləyə bilərsiniz.

Siz həmçinin təhsilinizi davam etdirmək yox, bir başa işləyə də bilərsiniz. Biz də əlbəttə ki, sizin yanınızdayıq. Sizin üçün sizə uyğun iş tapa bilərik.

Magistr Tələbələri

Sizlər üçün də imkanlarımız böyükdür. Əgər təhsilinizi Azərbaycanda bitirdikdən sonra ABŞ-da dərhal işləmək istəyirsinizsə, sizə yaxından kömək göstərəcəyik. Əgər ikinci magistratura oxumaq istəyirsinizsə, sizin üçün ödənişsiz magistratura proqramları təşkil edirik. Magistraturada oxuya oxuya istəyinizə uyğun olaraq işləyə də bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır