Azərbaycanlı tələbələr təhsil üçün ən çox hansı ölkələri seçirlər?
13 SENTYABR
573

Azərbaycanlı tələbələr təhsil üçün ən çox hansı ölkələri seçirlər?

Bildiyimiz kimi son zamanlar xaricdə təhsil almaq istəyən tələbələr də az deyil. Bunun bir neçə səbəbi var. Tələbələrdən bəziləri xaricdəki təhsili daha üstün sayır, bəziləri isə sadəcə xaricdə təhsil almağın daha üstün olduğunu düşünürlər. Bəs görəsən tələbələr təhsil üçün ən çox hansı ölkələri seçirlər? Truzim.fins.az-ın sualını Stimul təhsil şirkətinin nümayəndəsi Emil Qasımov cavablandırıb. Onun sözlərinə görə “Əsas istiqamət Türkiyə universitetləridir. Avropada isə Polşa və İtaliya universitetləridir”. Nəzərinizə çatdıraq ki, tələbələrin Türkiyəni seçmələrində əsas səbəb universitetlərə qəbul imtahanla yox atestatla aparılır. Polşa və İtaliyada isə universitetlər yüksək təqaüd verir və bu səbəbdən tələbələr bu ölkələri seçirlər.

Eləcə də bax: "Qalaaltı Hotel & Spa" da istirahətlə bərabər müalicə alma imkanı - Həftə içi və həftə sonu QİYMƏTLƏR

Eləcə də bax: Bilgəh Kardioloji Sanatoriyasında müayinə və müalicə - 55 MANAT 

Eləcə də bax: İstanbulda Yeni ili qarşılamaq neçəyə başa gəlir - ERKƏN REZERVASİYA

Eləcə də bax: ABŞ-da Şəki məhəlləsi - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır