Dünyanın ən yaxşı və prestijli maliyyə yönümlü təhsil mərkəzi - Kozminski Universiteti
06 NOYABR
118

Dünyanın ən yaxşı və prestijli maliyyə yönümlü təhsil mərkəzi - Kozminski Universiteti

Kozminski Unversiteti düynaca tanınmış və Polşanın paytaxtı Varşavada yerləşən özəl biznes məktəbidir. Mərkəzi və şərqi Avropada yerləşən və AACSB, EQUIS və AMBA tərəfindən tanınan yeganə özəl universitet olmaqla bərabər, “Financial Times” jurnalınında da öz yerini tapmaqdadır. Kozminski Universiteti biznesin idarə edilməsi və maliyyə ixtisaslarında öz Bakalavr, Magistr və PhD proqramlarını təklif edir. 2009-cu ildən bəri Kozminski Universiteti “Financial Times” jurnalı tərəfindən dünyanın ən yaxşı və prestijli maliyyə yönümlü təhsil mərkəzlərindən biri kimi göstərilir. Bundan əlavə, 16 ardıcıl ildir ki, dünyanın ən yaxşı özəl universitetlərinin siyahıya alındığı ‘Perspektywy’ jurnalı tərəfindən birinci yerə layiq görülür.

Kozminski Univeristeti tələbələrinə beynəlxalq təhsil mühiti təklif edir. Beləki, təklif edilən proqramların hər birində dərslər tamamilə ingilis dilində keçirilir və dünyanın 70 fərqli ölkəsindən gələn tələbələr universitetdə beynəlxalq təhsil mühiti yaradır.

Dünyada 200-dən çox universitet ilə əlaqələri olan Kozminski Universiteti təhsil müddətiniz ərzində sizə müxtəlif ölkələrdə exchange proqramlarına qoşulmaq imkanı yaradır.

Nəyə Görə Kozminski Universiteti ?

Universitet seçimi həyatınız boyunca edə biləcəyiniz ən vacib seçimlərdən biridir. Ən yaxşı seçim isə tələbəyə beynəlxalq mühit ilə yanaşı, beynəlxalq olaraq tanınan diplom təqdim etməyə qadir olan universitetdir. Müəssisənin beynəlxalq olaraq tanınması Kozminski Universitetinin ən əsas məqsədidir və bu dünya universitet reytinqlərində öz əksini tapmaqdadır. Kozminski Universiteti uğura gedən yolun başlanğıcıdır.

Ətraflı məlumat əldə etmək istəyənlər: Oxford College səhifəsinə keçid edə bilərlər

Ünvan: Bakı şəhəri, AZ1065, Cəfər
Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə, Nizami M/S yaxınlığı.
Telefon: (+994 12) 497-18-37
Mobil: (+994 55) 718-22-72
(Whatsapp) (+994 55) 718-22-72

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır