Bu ölkədə məzun olduqdan sonra tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər
08 NOYABR
261

Bu ölkədə məzun olduqdan sonra tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər

Macarıstan - insanların bir-birini narahat etmədiyi, cinayət səviyyəsinin aşağı olduğu, Avropa Birliyi və dünyanın digər ölkələrindən tələbələrin universitet təhsili üçün üstün tutduğu önəmli ölkələrdən biridir. Həmçinin Macarıstan Avropa ölkələri arasında ən yaxşı təhsil verən 5 ölkədən biridir. Burada bakalavr təhsili 3 illikdir. Təhsil isə dili ingilis və macar dillərindədir. Macarıstanda məzun olduqdan sonra xarici tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər. Macarıstan universitetlərində bir yarımil oxuduqdan sonra universitetlərarası Erasmus və Sokrates tələbə dəyişimi proqramları vasitəsilə Avropanın hər hansı bir ölkəsində ödənişsiz universitet təhsili almaq imkanıda vardır.

Təhsil və yaşayış xərcləri

Təhsil haqqı: universitet və fakültədən asılı olaraq illik 3.000-11.000 avro
Yaşayış xərcləri: ortalama 600 avro

Macarıstanın bəzi Universitetlər haqqında qısa məlumatlar aşağıda qeyd olunub.

University of Debrecen – Beynəlxalq dərəcədə tanınmış və prestijli bir universitetdir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Mühəndislik, İdarəetmə, Sosial Elmlər, Humanitar Elmlər və digər bir çox sahələrdə təhsil verir.

Corvinus University of Budapest – Akademik uğurları, beynəlxalq akademik bağlantıları ilə dünyada tanınmış, Macarıstanda isə yüksək səviyyəli universitetlərdən biridir. Beynəlxalq İdarəetmə, Sosiologiya, Qida Mühəndisliyi və digər sahələrdə təhsil ala bilərsiniz.

University of Szeged – Macarıstan və Orta Avropanın ən önəmli universitetlərindən biridir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Kənd Təsərrüfatı, İncəsənət, İqtisadiyyat və Biznes Adminstrasiyası, Musiqi, Elm və İnformatika sahələrində təhsil ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır