Çində təhsil və yaşayış
30 NOYABR
377

Çində təhsil və yaşayış

Təhsilini xarici ölkədə davam etdirməyi düşünən amma hansı universiteti seçməyi ilə bağlı tərəddüt içində olan dostlar üçün növbəti yazımız hal-hazırda Çində təhsil alan Ülkər Eldarqızından olacaq.

Salam dostlar. Bu gün sizə Çində Təhsil və həyat barəsində qısaca məlumat verəcəm. Mən hazırda Çinin Hefei şəhərində yerləşən University of Science and Technology of China(USTC) universitetinin magistratura pillesində təhsil alıram. İxtisasım ictimaiyyətin idarə edilməsidir- Public Administration. USTC Çinin ən prestijli universitetlərindən biridir. Çində ən yaxşı 3 cü universitetdir xüsusilə Fizika ixtisası üzrə nömrə birdir. USTC məzunu olan tələbə asanlıqla təhsili Avropa yaxud Amerikada davam etdirə bilər. Təhsil çox yüksək səviyyədədir.

Yaşadığım şəhər Çinin digər şəhərləri ilə müqayisədə çox inkisaf etməsə də, bizim şəhərlərlə müqayisədə kifayət qədər inkişaf edib. Hefei 6 milyon əhaliyə sahibdir həmçinin Anhui province-nin paytaxt şəhəridir. Hefei-də toplasan cəmi 15 azərbaycanlı var. Bir- birimizlə çox görüşə bilməsək də, nəsə lazım olanda hər zaman kömək edirlər, məsləhət verirlər. Çinin cənub şərqində yerləşir, sürət qatarı ilə Pekinə 5 saata, Şanxaya isə 2 saata getmək mümkündür. Paytaxt şəhər olmadığı üçün qiymətlər Pekin və Şanxayla müqayisədə dəfələrlə ucuzdur. Amma Çin deyəndə düşündüyünüz qədər ucuz deyil. Bakı ilə demək olar ki eynidir. Təxmini anlayış üçün təxmini misal göstərim

✔Avtobusda gediş haqqı 50 qəpik,
✔Yarım kilo mal əti 8 manat
✔Yarım litrlik su 50 qəpik
✔Toyuğun döş ətinin yarım kilosu 4 manat
✔İki otaqlı evin kirayəsi 500 AZN
✔Bir otaqlı evin kirayəsi 300 AZN və s

Rəqəmlər mağazadan mağazaya dəyişsə də təxmini belədir. Tək ev tutmağa pulu çatmayanlar üçün 3 otaqlı evdə tək otağı kirayələmək də mümkündür. Otağın keyfiyyəti genişliyindən asılı olaraq 175-225 azn arası dəyişir qiymətlər. Ev kirayələyərkən 3 ay-ı öncədən ödəmək + bir ayın odənişi də deposit kimi alınır. Əslində təqaüdlə gələndə universitet özü yataqxana ilə təmin edir. Universitetin təmin etdiyi yataqxana magistratura pilləsi üçün iki nəfərlik otaq, doktorantura tələbələri üçün tək nəfərlik otaqdı. Sadəcə şəhər mərkəzində uzaqda yerləşən kampusdə yerləşdiyi üçün mən şəhərə köçməyi üstünlük bildim.

Təqaüd miqdarı 3000 yuan təxminən 500 dollardı və bir aylıq xərclərə artıqlaması ilə bəs edir. Əgər siz gündə restoranda yemək yemək, hər gün fərqli geyinmək, telefonunuzu dəyişmək istəyirsizsə, bir az az ola bilər amma gündəlik tələb olunan xərclər üçün bəs edir. Yemək desert meyvə şirniyyat nə istəsəz alarsız )) Qida çox baha deyil .

Bura gələn tələbə nələri bilməlidir?

Əvvəla Çin yeməklərinin əksəriyyəti acılı olur. Mən qətiyyən aclı sevmədiyim üçün ilk zamanlar çox çətinlik çəkmişdim. İkincisi yeməklərinə aşırı miqdarda yağ vururlar. Bir neçə aya 4-5 kilo ala bilərsiz. Azərbaycanda olmayan meyvə və tərəvəzləri var və bizim yemədiyimiz ət məhsulları burda çox məşhurdur. Məsələn çinlilər donuz ətini çox sevir, balıq, krivetka ördək yemək də onlar üçün adi haldır. Təbii ki, toyuq, qoyun, mal əti tapmaq mümkündür amma dadı bizdəki qədər ləzzətli deyil.

Çinlilər demək olar ki çörək yemirlər. Yeməklərinin yanında bir qab qaynanmış yapışqan düyü olur( mi fan ) adlanan bu düyünü çörək əvəzi yeyirlər. Universitet yeməkxanasında yaxud retoranlarda çəngəl bıçaq tapmaq müşkül ola bilər ona görə çubuqla yeməyi öyrənənə qədər öz çəngəl qaşığınızı özünüzlə gəzdirməkdə fayda var.


Bundan başqa bura gələrkən univeristetin qeyd etmədiyi bəzi xərclər var idi ki, bir az çətinliyə salmışdı məni. Məsələn tibbi yoxlanış üçün 100 azn, 3 illik oturum izni üçün 250 azn lazım oldu. ilk iki- üç həftə bank kartı və s açılana qədər təqaüd verilməmişdi deyə bu xərclərdən əlavə yemək xərclərini özünüz ödəməli olacaqsız. Və istər yataqxana istər evdə yaşasaz evdəki hər şeyi qurmaq sizə düşəcək. Stəkanı belə almalı olacaqsız. Ona görə təqaüdlə belə təhsil alsanız gələrkən özünüzlə 1500-2000 AZN götürsəniz rahat olar sizə .

Çində krantdan su içmirlər su təmiz hesab olunmur. Demək olar ki hər yerdə qaynar su tapa bilərsiz amma içməli soyuq su tapmayacaqsız. Ya qaynar suyun soyumağını gözləyəcəksiz ya da qablaşdırılmış su ala bilərsiz. Qablaşdırılmış filtrlənmiş su isə çox baha deyil.

İşləmək və yaşamaq

Bir çox insanı maraqlandıran və narahat edən əsas sual işləməkdir. Çində tələbə vizası ilə işləmək qadağandır. Qanuni deyil və əgər polis tutsa, əvəlcə 5000AZN miqdarında cərimə ödəməlisiz, sonra da deportasiya olunacaqsız. Pekin Xiamen, Şanxay kimi nəhəng şəhərlərdə bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılır və qanunsuz işləyənlər deportasiya olunur. Hefei daha kiçik olduğu üçün sakitlikdi və qanunsuz işləmək mümkündür. İngilis dili müəəllimi kimi rahatlıqla iş tapmaq olur və bir saat dərsin qiyməti 35-50 AZn arası dəyişir. Dərs sistemi isə tam fərqlidir. Youtub-da ESL teaching yazaraq təxmini formatı görə bilərsiniz. Məsələn mən bura gələndə ingilis dili tədrisi sahəsində 2 illik professional müəllimlik təcrübəm olsa da, o təcrübəmdə öyrəndiyim heç nə lazım olmadı )) çünki burda bağçadakı uşaqlarla oyun oynamaq, əyləndirmək hər dəfə 4-cə söz öyrətmək lazımdır vəssəlam.

Çinli Azərbaycan münasibəti

Çinlilərin əksəriyyəti Azərbaycan haqqında heç nə bilmir. Azərbaycanı tanımır və harda olduğunu da bilmir. Xarici görünüşümüzə görə avropalılara oxşadığımıza görə Avropalı olduğumuzu düşünürlər. Çinlilərin Avropa və Amerika, Kanadalılara böyük rəğbəti var. Hətta makeaj etmədən evdən çıxsan yolda bir nənə tutub çox qəşəgsən deyəcək )) Əsas üz və gözlərin quruluşudur. Makeaj edib şəhərə çıxsan özünü Şakira ya Rihanna kimi də hiss edə bilərsən. Mütləqdir ki kimsə yaxınlaşıb şəkil çəkdirmək istəyəcək ya da gizli gizli şəkilini çəkəcək. xaricilərin şəklini çəkmək, çaktımadan birlikdə selfie çəkmək kimi adətləri olsa da, mənə görə çinlilər çox sadə təvazökar və nəzakətlidirlər. Bu da tamamillə xarici görünüşlə əlaqədardı. Qara dərili insanlara qarşı olduqca qatıdırlar. Pakistanlıları heç sevmirlər çunki burda təhsil alanların 80% i pakistanlıdır. Azərbaycana gəldikdə isə çox yaxşı davranırlar )

Ümumilikdə Çin ilə bağlı Azərbaycandakı tabuların əksəriyyəti əsassızdır və Çində yaşamaq çox maraqlı əyləncəlidir. Sizə də tövsiyyə edirəm biraz mühitinizi dəyişmək tamam fərqli mədəniyyət ilə tanış olmaq, özünüzü çətinliyə salmaq, challenge etmək istəyirsizsə Çinə gəlin. Gələrkən Çinlə bağlı bildiklərinizi unudun və açıq fikirlə gəlin o zaman əsl Çinin gözəlliklərini görə biləcəksiniz.

Uğurlar hamıya! Arzularınızın ardınca gedin nə qədər çətin olduğunu desələr də, istək olduqdan sonra çətin heç nə yoxdur!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır