İsveçin azərbaycanlı tələbələr üçün yaratdığı təqaüd proqramı açıqlandı
06 DEKABR
282

İsveçin azərbaycanlı tələbələr üçün yaratdığı təqaüd proqramı açıqlandı

Azərbaycan Respublikası Təhsil Nazirliyi  İsveçdə  magistratura  pilləsində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edib.

Proqrama 7 ölkədən 65 yer ayrılıb. Tələbələrin yaşayış, yol, sığorta xərcləri və təhsil haqqı dövlət tərəfindən qarşılanacaq.

Təqaüd proqramına Azərbaycan, Belarusiya, Gürcüstan, Maldova, Rusiya Federasiyası, Ukrayna və Ermənistan vətəndaşı olan tələbələr müraciət edə bilərlər.

Bəs proqramın əsas məqsədi və namizədlərə qoyulan tələblər hansılardır?

Turizm.fins.az xəbər verir ki,“Visby” Proqramı gənclərin müsbət istiqamətdə inkişafına dəstək olmağı və onların bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

Proqramın əsas məqsədlərindən biri tələbələrin sosial aktivliyindən istifadə etməklə İsveç və proqramın keçərli olduğu ölkələr arasında əməkdaşlığı təmin etmək və uzunmüddətli əlaqələr yarada bilməkdir.

Proqram yaşından, cinsindən, dini inanclarından asılı olmayaraq, həm intellektual bacarıqlarını, həm də liderlik potensialını nümayiş etdirə bilən istedadları gənclər axtarışındadır. Təqaüd proqramının hədəflərindən biri də dünyanın müxtəlif yerlərindən olan tələbələrin diqqətini cəlb etməkdir.

Təqaüd proqramına daxildir:

Təhsil haqqının qarşılanması;

Xərclər üçün aylıq 10.000 İsveç kronu;

Səyahət üçün 5.000 İsveç kronu

Xəstəlik və qəzalara qarşı sığorta (Sığortaya tələbənin ailə üzvləri də daxildir);

Gələcəyin liderləri üçün İsveç İnstitutunun üzvlüyü – İsveçdə olduğunuz zaman sizə əlaqələrinizi və təcrübələrinizi inkişaf etdirməyə imkan verəcək platforma;

İsveç İnstitutundan məzun olmuş tələbələr üçün üzvlük – proqramı bitirdikdən sonra gələcək əməkdaşlıqlar üçün imkan yaradacaq platforma.

Tələblər:

Müraciət etmək üçün proqrama daxil olan 7 ölkədən birinin vətəndaşı olmalı və hazırda həmin ölkədə yaşamalısınız.

Son müraciət  tarixi  2019-cu ilin  yanvarın  15-ə qədərdir.

Qeyd edək ki, proqramla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlamaq mümkündür.

Rəvan Süleymanov (0125991155 dax. 5231); Günəş Övsətova  (0125991155 dax. 5265) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır