Amerikada Dil Kursları
19 DEKABR 2018
202

Amerikada Dil Kursları

Amerika ingilis dili öyrənmək istəyənlərin müraciət etdiyi ən populyar ölkədir. Əgər tələbə ingilis dilini Amerikada öyrənməyə qərar veribsə, artıq təhsil alacağı şəhəri seçməlidir. Xaricdə təhsil sahəsində Amerika dünyanın ən populyar ölkələrindən biri olaraq qəbul edilir. Hollivud filmləri, Amerikanın məhsulları, Amerika ədəbiyyatı və ölkənin media gücü Amerikan aksentini dünyada ən çox danışılan ingilis dili aksentinə çevirir. Bu səbəblə xaricdə dil təhsili də daxil olmaqla xaricdə magistr, xaricdə sertifikat proqramları və xaricdə universitet təhsili mövzusunda ən çox seçim edilən ölkə Amerika olaraq qalmaqdadır.

Məktəb (Unviersitet, Kurs) seçiminizi almaq istədiyiniz təhsil və bunun üçün ayıracağınız büdcəyə uyğun olaraq edə bilərsiniz. Şəhər seçiminizi isə öz maraq dairəniz və hobbiləriniz təyin edəcəkdir. Hər biri geniş bir ərazini əhatə edən Amerika ştatları arasında qanunlar belə deyişkənlik göstərdiyi kimi, həyat şəraitləri və iqlimlər də olduqca fərqlidir. Amerikada demək olar ki, hər ştatda və hər şəhərdə dil kursu tapmaq mümkündür. Özəl dil kursları ilə yanaşı, universitetlərin bəziləri də öz daxillərində dil proqramları təklif edirlər. Xüsusi ilə universitetdə magistr və ya bakalavr təhsili almaq istəyən tələbələr üçün dil kursunu universitetin daxilində keçmək böyük üstünlük olacaqdır. İngilisi dili ilə bərabər bu universitetlər öz daxillərində Amerika təhsil sisteminin bir parçası olan TOEFL, GRE , GMAT və s. kimi imtahanlara hazırlıq kursları da təklif edirlər.

Amerikada ingilis dili təhsili ilə bağlı ətraflı məlumat üçün Oxford College Azerbaijan-a müraciət edə bilərsiniz. Oxford College Azerbaijan Amerikaya uzun müddətdir tələbə göndərməktədir və Amerikada hər il təşkil olunan NAFSA təhsil formunun iştirakçısıdır.

Oxford College Azerbaijan

Ünvan: Bakı şəhəri, AZ1065, Cəfər
Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə, Nizami M/S yaxınlığı.
Telefon: (+994 12) 497-18-37
Mobil: (+994 55) 718-22-72
(Whatsapp) (+994 55) 718-22-72

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır