İspanya, İtaliya və Fransada dil məktəbləri - ƏTRAFLI
04 YANVAR
465

İspanya, İtaliya və Fransada dil məktəbləri - ƏTRAFLI

İspanyada dil məktəbi
Dünyada ən çox danışılan 3 dildən biri ispan dilidir. Dünyada ispanca danışan 500 milyon insan və 58 ölkə var.
Bu səbəblə ispan dilini öyrənmək istəyən tələbələr böyük avantaj sahibidir.
İngilis dilindən sonra 3-cü dil olaraq ispan dilini seçən gənclər , gələcəkləri üçün böyük investisiya qoymuş olacaqlar.
İspaniya, ispan dilinin ən saf və təmiz danışıldığı ölkədir. Necə ki, İngilis dilində artıq bir neçə ölkədə ana dili kimi danışılırsa da British aksenti üçün tələbələrə İngiltərədə, dilin ən saf və təmiz danışılan ölkəsi məsləhət görülür. İspan dilinin də ana vətəni İspaniyadır. Təklid edilən dil dərsləri tələbənin səviyyəsinə görə seçilir və bu müddət 2 həftədən 1 il müddətinə qədər uzadıla bilər.
İspaniyanın Barcelona, Madrid, Malaga, Marbella, Valencia, Salamanca, Sevilla ve Granada kimi əsrarəngiz şəhərlərində təhsil almaq üçün bizə müraciət edə bilərsiniz.

Fransada dil məktəbi
Fransada fransızca öyrənmək istəyən tələbələr üçün bir çox alternativ proqramlar var. Bunların bir qismi universitetlərin təşkil etdiyi dərslər, bir qismi isə özəl dil kurslarının təşkil etdiyi dərs proqramlarıdır. Xüsusilə paytaxt Paris olmaqla, Fransanın bir çox şəhərinə tələbələr mövcud dil biliklərini artırmaq üçün müraciət edirlər.
Fransanın Paris, Nice, Vichy, Ambois, Rochelle, Cannes kimi şəhərlərində təhsil almaq üçün bizə müraciət edə bilərsiniz.

İtaliyada dil məktəbi
Bir çox insan italyan dilini öyrənmək arzusundadır. Xüsusi ilə də İtaliyada. Bəzi tələbələr bir neçə aylıq dil kurslarına qatılır, bəzi tələbələr isə bu müddəti mümkün qədər uzatmağa , İtalyan mədəniyətini daha çox kəşf etmək və italyan dilini daha üst səviyyəyə qaldırmaq üçün çalışırlar. Roma və Florensiya kimi böyük şəhərlərdəki dil məktəblərində təhsil almaq istəyən tələbələr üçün şəhərin turistik və sıx olması dezavantaj ola bilər. Şəhər daima canlıdır. Lakin əksər böyük şəhərlərdə də vəziyyətin belə olduğunu unutmamaq lazımdır.
Roma, Milan, Florence, Kalabrien, Livorno tələbələr tərəfindən ən çox tələb görən şəhərlərdir. Bu şəhərlərdə təhsil almaq üçün bizə müraciət edə bilərsiniz.

Oxford College Azerbaijan

Ünvan: Bakı şəhəri, AZ1065, Cəfər
Cabbarlı 44, Caspian Plaza 3-cü korpus, 15-ci mərtəbə, Nizami M/S yaxınlığı.
Telefon: (+994 12) 497-18-37
Mobil: (+994 55) 718-22-72
(Whatsapp) (+994 55) 718-22-72

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır