Polşada təhsil almağın üstün cəhətləri – Güzəştlər və fürsətlər
23 MAY
384

Polşada təhsil almağın üstün cəhətləri – Güzəştlər və fürsətlər

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır.

Turizm.fins.az  budəfəki yazısında Polşada təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir: 

Polşa keyfiyyətli təhsil, yaşayış tərzi baxımından bir çox tələbələri cəlb edir.  Burada təhsil alanlar Erasmus+  kimi proqramlardan maksimum yararlanırlar. Gənclər Polşanın bir çox dövlət universitetlərində təhsilin bakalavr və magistr dərəcələrində oxuya bilərlər.  Ölkənin ali təhsil müəssisələrində tədris  ingilis və polyak dilindədir.Polşa universitetlərində bakalavr dərəcəsində  təhsil almaq üçün XI sinfi bitirib,qəbul olmaq mümkündür.Onu da qeyd edək ki, Polşa universitetlərində bakalavr dərəcəsində təhsil almaq üçün IELTS və ya TOEFL imtahan sertifikatı tələb olunur. Polşa universitetlərində təhsilin bakalavr dərəcəsinin müddəti 3 və ya 4 ildir.

 Polşada magistr təhsili almaq üçün mütləq bakalavr dərəcəsinə malik olmaq lazımdır. Buradakı universitetlərdə magistr dərəcəsində təhsil almaq üçün TOEFL və ya IELTS imtahan sertifikatı da tələb olunur.  Polşa universitetlərində təhsilin magistr dərəcəsinin müddəti 1.5 və ya 2 ildir.

Polşanın dövlət universitetlərində illik təhsil haqqı 1000-10000 avro, özəllərdə 2000-20000avro arasında dəyişir. Ölkənin ən güclü ali təhsil müəssisələrindən biri də Varşava universitetidir. Bu universitetin  illik təhsil haqqısı isə 1500 – 3000AZN arasında dəyişir.

Ümumiyyətlə, Polşa universitetlərində təhsil haqqı digər Avropa ölkələri ilə müqayisədə daha münasibdir. Həmçinin, Polşa universitetlərinin diplomları bütün dünyada tanınır.

Polşada aylıq yaşayış xərcləri  300-500 avro arasında dəyişir.Digər Avropa ölkələri ilə müqayisədə Polşada yaşayış xərcləri daha ucuzdur.  Elə buna görə də tələbələr daha çox bu ölkəyə üz tuturlar. Polşanın şəhər mərkəzində yerləşən bir otağın kirayəsi ayda 100-150 avro arasındadır .

Qeyd edək ki, Polşada aylıq ictimai nəqliyyat xərci isə 25 avro təşkil edir.

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır