Xaricdə ucuz qiymətə təhsil almaq istəyənlər bu ölkəyə müraciət etsinlər - Ekspert tövsiyələri
27 MAY
702

Xaricdə ucuz qiymətə təhsil almaq istəyənlər bu ölkəyə müraciət etsinlər - Ekspert tövsiyələri

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün formalaşması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir. Elə buna görə də hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyurlar.

Son zamanlar gənclər arasında Portuqaliyada təhsil almağa maraq artıb. Portuqaliya keyfiyyətli təhsil, sosial yaşam tərzi baxımından bir çox tələbələri özünə cəlb edir. Ölkədə təhsil sistemi üç əsas səviyyədən ibarətdir: əsas, orta və ali təhsil...  Ali təhsil sistemi isə  universitet və politexnik olmaqla iki yerə ayrılır.

“Gənclər Polşada təhsil almaqdansa Portuqaliyada oxumaqları daha məsləhətlidir”

Bu sözləri xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. Onun sözlərinə görə,  Portuqaliya universitetlərində təhsil haqqı digər Avropa ölkələri ilə müqayisədə ucuzdur:

“Portuqaliyada bakalavr təhsilinin müddəti 3 ildir. Magistr təhsilinin müddəti 1, bəzi universitetlərdə isə 1.5 və  2 illikdir.  

Portuqaliyada illik təhsil haqqı 1500 və ya 2000 avro olan universitetlər də mövcuddur.  Onu da bildirim ki, Portuqaliya universitetlərinə qəbul üçün IELTS dil sertifikatı  tələb olunur.  Ali təhsil müəssisələrində tədris daha çox ingilis dilindədir. Amma bəzi  universitetlərdə  tədris portuqal dilindədir. Həmçinin, müəyyən sayda universitetlərdə var ki, oradakı  tədris ispancadır.

Ölkədə yaşayış şərtləri digər Avropa ölkələri ilə müqayisədə ucuzdur. Portuqaliya universitetlərində  təhsil alan beynəlxalq tələbə sayı azdır. Amma gələcəkdə beynəlxalq tələbə sayını çoxaltmaq  üçün müəyyən proseslər etməyi düşünürlər. Azərbaycanlı tələbənin IELTS 5.5 nəticəsi varsa Portuqaliyanın istənilən universitetlərində təhsil ala bilər.

Əlavə olaraq bildirim ki, tibb sahəsi üzrə təhsil 10 min avrodan başlayır.  Tibb sahəsi üzrə oxumaq üçün əcnəbi tələblərdən 12 illik təhsil sistemi tələb olunur”. 

Həsən Əliyev Portuqaliyada təhsil almaq üçün viza prosedurasının asan olduğunu da bildirib:

“Portuqaliya universitetlərin diplomu həm Azərbaycanda  həm də Avropada tanınır. Orada təhsil almaq üçün viza şərtləri çox asandır. Viza üçün bank hesabında təxminən 4000 avro olması kifayət edir.  Amma onu da qeyd edim ki, viza prosesinin müddəti 2-3 aydır.

Portuqaliya universitetlərində yalnız attestatla qəbul olmaq mümkündür. Amma Portuqaliya  universitetlərində yalnız attestatla qəbul olmaq istəyənlər mütləq “Foundation” keçməlidirlər. Onu da qeyd edim ki, Portuqaliyada təhsil sistemi 12 illikdir. Məhz ona görə də  Portuqaliyanın dövlət universitetləri birbaşa attestatla əncəbi tələbələri qəbul etmir. Gənclər əgər ucuz qiymətə Avropa ölkələrində oxumaq istəyirlərsə Portuqaliyada təhsil alsınlar. Onu da bildirim ki, Portuqaliyanın təhsil sistemini çox yüksək səviyyədə olduğunu düşünmürəm. Yəni Portuqaliyanın təhsil sistemi, Almaniya, Macarıstan,  Norveçlə müqayisə olunacaq səviyyədə deyil. Amma gənclər Polşada təhsil almaqdansa Portuqaliyada oxumaqları daha məsləhətlidir. Çünki Portuqaliya turistik ölkə olduğundan  gənclər üçün iş  baxımından da sərfəlidir. Əlavə olaraq bildirim ki, Portuqaliyada xüsusilə də kənd təsərrüfütı  sahəsi inkişaf edib”.

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır