Kanadaya köçmək üçün ən məşhur və asan yol - EKSPRESS GİRİŞ
31 MAY
1766

Kanadaya köçmək üçün ən məşhur və asan yol - EKSPRESS GİRİŞ

Express Giriş proqramı vasitəsi ilə Kanadada ömürlük yaşamaq icazəsi (oturum) əldə olunur və Kanadaya köçmək üçün ən məşhur və asan yol sayılır. Demək olar ki, bütün peşə sahibləri müraciət edə bilərlər.

Qeyd: Kanadaya getmək üçün xidmət göstərdiyimiz müxtəlif proqramlar mövcuddur. Sırf Express Girişproqramının xidmətini müvəqqəti olaraq ödənişsiz formada həyata keçiririk.

Ekspres Girişə qoşulmaq üçün şərtlər

  • Yaş
    Bu proqrama 40 yaşa kimi (əgər təhsiliniz magistr və daha yüksəkdirsə) şəxslərin müraciət etməsi tövsiyə edilir. (Təhsili bakalavr olan 35 yaşdan yuxarı şəxslərin müraciət etməsi tövisiyə olunmur.)
  • Təhsil
    Müraciət etmək üçün ən azı bakalavr təhsiliniz olmalıdır. Təhsiliniz istənilən sahədə ola bilər. Tibb sahəsi üzrə universitet bitirmiş şəxslərin təhsili magistr dərəcəsi kimi qəbul olunur
  • İngilis dili biliyi
    Müraciət zamanı İngilis dili dərəcəniz yüksək səviyyədə olmaya da bilər. Lakin, kurslara yazılıb inkişaf etdirməlisiniz. Bütün namizədlərdən ingilis dilindən General IELTS testindən keçmək tələb olunur. Yaşınızdan asılı olaraq, tələb olunan IELTS balı 7.0-8.0 arasıdır. Kurslarımıza yazılan bütün müştərilərimizə lazım olan IELTS balını yığmağa zəmanət verilir. 

Əgər yuxarıdakı şərtlərə cavab verirsinizsə müraciət edə bilərsiniz

Müraciət / Xidmət rüsumları

Qeyd olunduğu kimi, proqramın əsas tələbi ingilis dili biliyinin olmasıdır. Əgər ingilis dilinizi inkişaf etdirməyə vaxt sərf etməyə hazırsınızsa, buyurub aşağıdakı ardıcıllıqla müraciət edə bilərsiniz. 

  1. Müraciət etmək üçün ofisimizə yaxınlaşıb müqavilə imzalayırsınız. Müqavilə imzalayarkən 200 Azn depozit ödəyirsiniz (proqramda uğurlu olduqdan sonra bu məbləğ özünüzə geri qaytarılır)
  2. Sənədləşmə işləriniz başlayır, ingilis diliniz zəifdirsə inkişaf etdirirsiniz, IELTS imtahanına girirsiniz.
  3. IELTS balınız hazır olduqdan sonra Express Giriş proqramı üçün digər sənədləşmə prosesi başlayır və Kanadadakı vəkillərin köməkliyi ilə bu prosesi şirkətimiz birbaşa sizin əvəzinizə edəcəkdir. Bu proses ortalama 3-6 ay çəkir, yəni IELTS balınız hazır olduqdan sonra cəmi 3-6 ay içində artıq Kanadaya köçə bilərsiniz
  4. Proses ərzində və Kanada dövlətindən 100% qəbul aldıqdan sonra subay və ya evli olmağınızdan asılı olaraq proqram üçün 1700-3000 dollar arası dövlət rüsumu və digər rüsumlar (məs ielts sertifikatı, sağlamlıq arayışı və s.) ödəyəcəksiniz. Bu rüsumu birbaşa Kanada dövlətinə özünüz plastik kartınızla ödəyəcəksiniz

Qeyd: Əgər ingilis dili və IELTS imtahanına bizim kurslarımızda hazırlaşırsınızsa müraciətiniz ödənişsiz formada həyata keçirilir. Özünüz və ya başqa kurslarda hazırlaşırsınızsa, müraciət edərkən 200 azn, viza aldıqdan sonra əlavə olaraq şirkətimizə 800 Azn xidmət rüsumu ödəyəcəksiniz

Nə vaxta kimi müraciət etməli

Müraciət üçün son tarix yoxdur. Nə qədər tez müraciət etsəniz Kanadaya getməniz daha tez baş tutacaqdır. Nəzərə alın ki, müraciət etdikdən sonra ingilis dilinizi təkmilləşdirmək üçün bir neçə ay tələb olunacaqdır. 

Necə müraciət etməli

Ən azı bakalavr təhsiliniz var? İngilis dilini öyrənmək üçün kurslara yazılmağa hazırsınız? Vaxt itirmədən dərhal müraciət etmək istəyirsiniz? Həftə içi hər gün ofisimizə yaxınlaşıb müqavilə bağlayaraq başlaya bilərsiniz. Ünvan və iş saatları burada: www.greencard.az/contacts

 VƏYA    Müraciət etməzdən qabaq suallarınız varsa bu nömrə ilə əlaqə saxlayın +994 55 638 36 82 

Sual – Cavab

Yeni sistem nəyə görə Ekspres Giriş adlanır?

Əvvəlki Kanada proqramlarından fərqli olaraq bu sistem vasitəsilə Kanada dövləti dəvət almış xarici vətəndaşların Kanadaya yola düşmələri çox qısa vaxt ərzində (6 aya kimi) baş verir. Müddətin qısa olmasına görə bu sistem Ekspress Giriş adlandırılmışdır

Bu proqramda uğurlu olduqdan sonra nə əldə edirsiniz və hansı hüquqlarınız olur?

Kanadada ömürlük oturum əldə edirsiniz (permanent resident card). Bu statusu aldıqdan sonra Kanada vətəndaşları ilə eyni hüquqlara sahib olursunuz, istənilən işlə məşğul ola bilərsiniz. İstənilən qədər Azərbaycana gəlib getmək olar. Sadəcə olaraq bu statusu qorumaq üçün 5 il ərzində 2 il Kanada daxilində olmaq tələb olunur. Əgər evlisinizsə, həm həyat yoldaşınız, həm də 19 yaşına kimi uşaqlarınız da eyni statusda olurlar və onlar da sizinlə Kanadaya gedirlər. Bacı, qardaş və valideynlərə bu şamil olunmur. Bu şəxslər, siz Kanadada olduqdan sonra yanınıza turist vizası ilə gəlib gedə bilərlər. Kanadada 3 il yaşadıqdan sonra öz istəyinizə uyğun olaraq Kanada vətəndaşlığına müraciət edə bilərsiniz.

 Bu statusla Kanada dövlətinin öz vətəndaşlarına şamil etdiyi bütün güzəştlər sizə də şamil olunur. Məsələn, bütün ailə üzvlərinin tibbi sığortası, az imkanlı ailələrə maddi yardım, uşaqlar üçün ödənişsiz bağça və ya məktəb, müxtəlif məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsi və s.

İşlə/evlə təmin olunurammı?

Bu proqramın nəticəsində siz Kanadada ömürlük oturum alırsınız və avtomatik olaraq Kanadaya girdiyiniz gündən işləmək icazəniz olur. Şirkətimiz tərəfindən bütün müraciətçilərə ev və iş tapılmasında yaxından köməklik göstərilir (həm Kanadadakı işə düzəltmə şirkətlərinin həm də şəxsi əlaqələrimiz vasitəsilə) Lakin nəzərə alın ki, əgər Azərbaycanda hər hansı şirkətdə rəhbər vəzifədə çalışırsınızsa, Kanadaya girdikdən dərhal sonra eyni vəzifədə çalışacağınızı gözləməyin. Ola bilər ki daha sadə işlərdən başlaya bilərsiniz və müəyyən adaptasiya dövrü keçdikdən sonra daha yaxşı işlərə keçə bilərsiniz. Nəzərə alın ki, daha yaxşı işlərin tapılmasında sizin iş təcrübəniz və ingilis dili biliyiniz rol oynayacaqdır. Kanadada ortalama əmək haqqı 2500-4000 dollar ətrafı olur. Kirayə evlər 500-1200 dollar ətrafı, yemək içmək demək olar ki Azərbaycandakı qiymətlərlə eynidir. Aşağı büdcəli ailələrə dövlətin maddi yardımları da olur. Qısa olaraq desək, Kanadaya girdiyinizdən ortalama 1 ay içində sizə uyğun hər hansı iş tapılacaqdır və standart Kanada maaşları alacaqsınız

100% qəbul olunacağıma zəmanət verilirmi?

Qəbul olunmağınız birbaşa sizin ingilis dili səviyyənizdən asılıdır. Yəni siz ingilis dilini öyrənib və lazım olan IELTS balını yığırsınızsa, biz də (Kanadadakı vəkillərimizin köməkliyi ilə) sizin qəbul olunmağınıza 100% təminat veririk. 

Kanadaya Express Girişlə köçmək prosesinin qısaca xülasəsi

İlk öncə şirkətimizlə müqavilə bağlayırsınız, ingilis dilinizi inkişaf etdirirsiniz və İELTS imtahanını verirsiniz. Daha sonra digər sənədlərinizi toplayıb Kanada dövlətinə online formada təqdim edirik. Təxminən 3-6 ay içində Kanada dövləti təsdiq edir ki pasportunuzu viza vurulması üçün Ankaradakı Kanada səfirliyinə göndərəsiniz. Sizə təxminən 6 aylıq viza verilir (yəni 6 ay içində Kanadaya birinci girişinizi edə bilərsiniz). Kanadaya girdikdən təxminən 2 ay sonra oturum kartınızı (PR card=Permanent resident card) alırsınız

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır