Avstraliyada təhsillə bağlı ən çox verilən sualların cavabı
12 İYUN
297

Avstraliyada təhsillə bağlı ən çox verilən sualların cavabı

Avstraliyada təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir.

Son zamanlarda burada təhsil almaq istəyən gənclərin sayı isə durmadan artır.

Turizm.fins.az tələbatı nəzərə alaraq Avstraliyada təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Hazırda  Bakı Dövlət Universitetinin III kurs tələbəsiyəm. Universiteti bitirdikdən sonra Avstraliyada təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Avstraliya universitetlərinin diplomları bütün  dünyada tanınır?

-Avstraliyada 40 universitet və 350 kollec fəaliyyət göstərir.  Ölkədə 400,000-dən çox xarici tələbə təhsil alır, diplomları isə bütün dünyada tanınır.

-Avstraliya universitetlərində təhsil almaq üçün nə tələb olunur?

-Avstraliya ali təhsil müəssisələrində oxumaq istəyən tələbələrdən ingilis dili (TOEFL və ya İELTS) sertifikatı tələb olunur.

-İngilis dilini mükəmməl səviyyədə bilmirəm. Avstraliyada ingilis dil biliyini artırmaq üçün xarici tələbələrə hər hansı kömək edilir?

-Xarici tələbələrə kömək üçün Avstraliyada ingilis dili kursları təqdim edən kolleclər var.

-Avstraliyada təhsil üçün aylıq nə qədər məbləğ lazımdır?

-Orada təhsil üçün aylıq 7000-14000 Avstraliya dolları lazımdır. Bu xərclərə yemək, nəqliyyat, əyləncə üçün xərcləyəcəyiniz məbləğ də daxildir. Tibbi sığortaya təxminən ildə 275 dollar tələb olunur.

-Bilmək istərdim ki, Avstraliya universitetlərində illik təhsil haqqı nə qədərdir?

Təhsil haqqı universitet və kursdan asılıdır: Bakalavr dərəcəsi 3-4 il davam edir və təhsil haqqı ilə 14-21 min dollar arasında dəyişir. Magistraturada tədris proqramı 1-2 ildir. Təhsil haqqı isə 20-30 min dollardır.  

-Avstraliya universitetlərində təhsil alan tələbələrə iş izni verilirmi?

-Burada tələbələrə həftədə 20 saat işləmə icazəsi verilir. Avstraliyada iki il yaşayan tələbə ilyarımlıq iş vizası, 5 il yaşayan isə yaşayış vizası ala bilər.

-Avstraliya universitetlərinə qəbul üçün ingilis dil biliyinə ehtiyac varmı?

-Bakalavr dərəcəsinə daxil olmaq üçün iki il ingilis dilində təhsilə ehtiyac var, əks halda bir il hazırlıq (foundation) kursu keçirlər.

-Hazırda Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsiyəm. Bilmək istərdim ki, Avstraliya universitetlərinə qəbul üçün IELTS balı nə qədər tələb olunur?

-Avstralita universitetlərində  oxumaq üçün İELTS 6.5 tələb olunur.

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır