İtaliyada oxumaq istəyənlərə hava-su kimi vacib proqram –Sərfəli şərtlər və qiymətlər
04 İYUL
354

İtaliyada oxumaq istəyənlərə hava-su kimi vacib proqram –Sərfəli şərtlər və qiymətlər

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün Turizm.fins.az AzEdu.az-a istinadən xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə isə elə İtaliyanın özündə italyanca dərsləri almaq istəyənlər üçün şərtləri təqdim edirik.

“Europass” proqramı italyan dilinin tədrisi ilə məşğul olur. Bu mərkəz Florensiyada yerləşir. “Europass”a yalnız 14-17 yaş aralığında olan şəxslər müraciət edə bilərlər. Bu mərkəz, həmçinin, xarici vətəndaşların qəbulunu da aparır. Elektron sənəd qəbulu iyun-avqust aylarında aparılır və qeydiyyat  başa çatandan sonra cavablar onların mail ünvanlarına göndərilir.

Proqramın ödənişi həftələr üzrə müəyyən olunur:

2 həftəlik – 1.310 avro
3 həftəlik – 1.890 avro
4 həftəlik – 2.350 avro

Dərslər həftədə 20 dəfə olmaqla tədris olunur. Dili hansı səviyyədə öyrənmək isə proqramın müddətindən asılı olaraq dəyişir. Mütəxəxssislər qeyd edirlər ki, 8 həftəlik proqramla italiyanca fikrini sərbəst ifadə etmək mümkündür.

Ödənişə;

Ailə yanında 2 nəfərlik qonaqlama;
Gündə 3 dəfə yemək;
İtalyanca dərsləri;
Hava limanında qarşılama və transfer;
Müxtəlif fəaliyyətlər – basketbol, futbol, rəqs, musiqi və s.;
Duomo, Piazza Repubblica, Piazza Santa Croce, Pisa, Siena, Floransa, Lucca ve Romada gəzinti;
İtalyanca səviyyəni ölçmək üçün sınaq imtahanı və sertifikat;
Kurs materialları;
24 saat mühafizə, tərcüməçi və tibb xidməti;
Bütün qeydiyyat və viza məsələləri daxildir.

Kursda keçirilən dərslər həftədə 20 dəfə olmaqla, hər biri 50 dəqiqədir. Ailələrin  qalması üçün mənzil kursa 30 dəqiqəlik məsafədə planlanır. Yəni, bundan daha uzaqda olma ehtimalı yoxdur. Əvvəlcə sınaq imtahanı keçirilir və şagirdlər öz səviyyələrinə uyğun qruplarda yerləşdirlir. Qəbul , adətən, yay aylarında aparılır.

Bir çox şirkətlər kimi “Europass” CV tələbi

Avropaya getmək istəyənlər üçün ideal CV-düzəltmə imkanı. Bir çox xarici proqramlar CV-nin məhz bu formatda hazırlanmasını tələb edir. Yəni orijinal bir CV-ilə yanaşı europass CV-formatında olan bir CV-də hazırlamağa dəyər. Bu CV kurslara yazılmaq üçün üstünlükdür.

CV haqda ətraflı məlumatla buradan tanış olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır