Çində oxumaq istəyənlər üçün vacib təqaüd proqramı - Asan şərtlər
29 İYUL
288

Çində oxumaq istəyənlər üçün vacib təqaüd proqramı - Asan şərtlər

Son zamanlar gənclərin təhsil üçün  daha çox üz tutduğun ölkələrdən biri də Çindir. AzEdu.az bu dəfə Çində təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir: Çində ali təhsil sistemi bakalavr, magistr və doktorantura səviyyələrindən ibarətdir. Təhsil müddəti isə bakalavr dərəcəsi üzrə  4 il, magistr 2 il və doktorantura 3 ildir.

Çində həm özəl həm də dövlət universitetləri fəaliyyət göstərir. Ölkənin universitetlərində həm çin, həm də ingilis dilində olan tədris proqramları var. Çin universitetlərində ingilis dilli tədris proqramlarında oxumaq istəyənlər SAT, IELTS, TOEFL kimi beynəlxalq imtahan nəticələrinə əsasən qəbul ola bilərlər. Bu ölkədə Çin dilində təhsil almaq istəyənlər üçün universitetlərin nəzdində hazırlıq kursları fəaliyyət göstərir. Çin dili hazırlıq kursunu bitirdikdən sonra dil biliyindən imtahan vermək tələb olunur. İmtahandan uğurla keçən  tələbələr ölkə universitetlərində istədikləri ixtisas üzrə təhsil ala bilərlər. Çin hazırlıq kurslarında oxumaq üçün ingilis dilini bilmək vacibdir. Çinin dövlət universitetlərində illik təhsil haqqı 3300-10.000 dollar arasındadır. Ölkənin universitetlərində təqaüd proqramı vasitəsilə də təhsil almaq mümkündür.  Çin universitetində təqaüdlə təhsil almaq istəyənlər “Belt and Road” proqramından yararlana bilərlər. Bu proqram vasitəsilə Çinin “University of Science and Technology of China” ali təhsil müəssisəsində təqaüdlə təhsil ala bilərsiniz. “Belt and Road” təqaüd proqramı Çində magistratura dərəcəsində oxumaq istəyənlər üçün nəzərdə tutulub.Təqaüd proqramından yararlanmaq üçün ilk növbədə universitetə müraciət etməlisiniz. “University of Science and Technology of China” ali təhsil müəssisəsinə qəbul  dekabr, mart  aylarında aparılır. Təqaüd isə yalnız aylıq 1000 manat ödənişi təmin edir. Sığorta, yataqxana, yemək və s xərclərini isə tələbələrin özləri qarşılayır. 

Qeyd edək ki, Çində aylıq yaşayış xərcləri 850-1200 dollar civarındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır