Macarıstanda təhsil alanlar bunu mütləq oxuyun!
30 İYUL
273

Macarıstanda təhsil alanlar bunu mütləq oxuyun!

Xarici ali təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi fəaliyyət göstərir. Statistikaya əsasən, Azərbaycan vətəndaşlarının təhsil almaq üçün üz tutduqları ölkələrdən biri də Macarıstandır.

Xarici ali təhsil ixtisaslarının tanınması üçün məzunlar nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlidirlər. Müraciət zamanı yaranan problemlərdən biri də təqdim olunan apostil nümunəsinin keçərli olmamasıdır. 

Bəs qəbul olunan apostil nümunəsi almaq üçün nə etmək lazımdır?

- Macarıstanda təhsil sənədlərinin [diplom və ona əlavənin] apostil möhürü/sertifikatı ilə leqallaşdırılması proseduru sənədi verən ali təhsil müəssisəsinin yerləşdiyi region üzrə təyin olunmuş Təhsil və Elm Nazirliyinin səlahiyyətli qurumu tərəfindən həyata keçirilir. Bu barədə ətraflı məlumat əldə etmək üçün təhsil aldığınız ali təhsil müəssisəsinin özünə müraciət etməyiniz tövsiyə olunur. İlkin olaraq, ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya-Leqallaşdırma” bölməsi vasitəsilə Haaqa Konvensiyasına uyğun olaraq, apostil möhürü/sertifikatı ilə leqallaşdırılmaya qoyulan tələblərlə tanış olmalısınız.

Göstərilmiş tələblərə uyğun olmayan apostil nümunələri qəbul olunmur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır