Xaricdə təhsil almaq istəyənlərin mütləq bilməli olduğu vacib detal
14 AVQUST
336

Xaricdə təhsil almaq istəyənlərin mütləq bilməli olduğu vacib detal

Xarici universitetlərdə təhsil almaq istər dünyagörüşün formalaşması, istərsə də təhsil, elm baxımından əhəmiyyətlidir.

Turizm.fins.az xaricdə təhsil almaq istəyənlərin ən çox verdiyi suala cavabı təqdim edir:

-Xarici ali təhsil müəssisəsinin və ya proqramının (ixtisasın) akkreditasiyasının olub-olmamasını necə yoxlamaq olar?

-Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyiniz tövsiyə olunur.

Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verə  bilərsiniz.

©AzEdu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır