Almaniyada təhsil üçün xüsusi təqaüd proqramı-Şərtlər
09 SENTYABR
279

Almaniyada təhsil üçün xüsusi təqaüd proqramı-Şərtlər

Almaniyada təhsil almaq istəyənlər üçün təqaüd proqramına elan davam edir.

Turizm.fins.az xəbər verir ki, təqaüd proqramı əcnəbi tələbələr üçün nəzərdə tutulub. Gənclər təqaüd proqramı vasitəsilə Hof Tətbiqi Elmlər Universitetinin bakalavr və magistratura dərəcəsi üzrə təhsil ala bilərlər. Tələbələr universitetdə tədris olunan bütün ixtisaslar üzrə müraciət edə bilərlər.

Təqaüd proqramında iştirak etmək üçün əsas tələblər:

Onlayn müraciət formasının doldurulması;

Qeydiyyat;

Transkript;

CV;

Passport surəti

Təqaüdün dəyəri aylıq 100-660 avro arasındadır. Proqramda iştirak etmək üçün son müraciət tarixi isə 20 oktyabr 2019-cu ildir.

Qeyd edək ki, daha ətraflı məlumat üçün aşağıda göstərilən link vasitəsilə tanış ola bilərsiniz:

https://www.hof-university.de/fileadmin/user_upload/studienfoerderung/Internationale/information_sheet.pdf

©AzEdu.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır