İsveçdə oxumaq istəyənlər üçün təhsil mayakı – “Visby” təqaüd proqramı
11 SENTYABR
302

İsveçdə oxumaq istəyənlər üçün təhsil mayakı – “Visby” təqaüd proqramı

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Gənclərin xaricdə təhsildə üstünlük verdiyi ölkələrdən biri də İsveçdir. İsveçdə təhsil  son zamanlar çox sürətlə inkişaf edir.  O səbəbdən, burada oxumaq istəyənlərin sayı da artmaqdadır.

İsveçdə təhsil çoxlarının arzusu olsa da, bu istək bir sıra hallarda maddi çətinliklərə görə reallaşmır. Elə buna görə də  İsveç əcnəbi tələbələr üçün “Visby” təqaüd proqramını təklif edir.

Turizm.fins.az “Visby” təqaüd proqramında iştirak edən universitet və ixtisasların siyahısını və müraciət qaydaları haqqında məlumatları təqdim edir:

İsveçdə təhsil almaq üçün bir neçə təqaüd proqramına müraciət edə bilərsiniz. Amma aralarında ən tanınanı İsveç hökümətinin təqdim etdiyi təqaüd proqramıdır. Azərbaycanlı tələbələr İsveçdə oxumaq üçün  “Visby” təqaüd proramına müraciət etməlidirlər. “Visby” təqaüdü qazanılması ən çətin olan proqramlardan biridir. Bu təqaüd proqramına Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Rusiya, Ukrayna və Ermənistan vətəndaşları müraciət edə bilərlər. Təqaüd magistratura, doktorantura, doktorantura sonrası tədqiqat (postdoct) üzrə və ya mübadilə proqramı ilə bir və ya iki semestr İsveçdə təhsil almaq istəyənlər üçün nəzərdə tutulub

“Visby” təqaüd proqramına yaşayış xərcləri üçün 934 avro,  , sığorta, təhsil xərci (universitetin tədris proqramı üçün tələb olunan xərc), səyahət xərci, İsveç İnstitut Şəbəkəsinə üzvlük (SI NFGL) daxildir.

Təqaüdünə  proqramına müraciət etmək üçün hansı lazım olan sənədlər:

-Motivasiya məktubu;

-Tövsiyə məktubu;

-Dil sertifikatı(IELTS və ya TOEFL);

-CV;

-Ümumvətəndaş pasportu (xarici pasport).

  “Visby” təqaüd proqramında iştirak edən  universitet və ixtisasların siyahısı ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz:

https://si.se/app/uploads/2019/01/visby-programme-2019-1.pdf

Qeyd edək ki, “Visby” təqaüd proqramı haqqında ətraflı məlumat üçün aşağıda göstərilən link vasitəsilə tanış ola bilərsiniz:

https://si.se/en/apply/scholarships/visby-programme-masters/

©AzEdu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır