“Greencard” lotereyasına müraciət etmək üçün qeydiyyat başlanılıb
10 OKTYABR
645

“Greencard” lotereyasına müraciət etmək üçün qeydiyyat başlanılıb

 “Greencard” lotereyasına müraciət etmək üçün qeydiyyat başlanılıb.

Turizm.fins.az xəbər verir ki, “Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir.  Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.

 ABŞ hökuməti  2021-ci il üçün bütün dünyadan olan iştirakçılara   55000 “Greencard”  verməyi planlaşdırır.

 “Greencard”a sahib olmağın faydaları:

ABŞ universitetlərində əcnəbi vətəndaşlar üçün təhsil haqqı çox bahadır. Lakin, “Greencard”ın qalibi olanlar ABŞ-ın istənilən universitetində ödənişsiz və ya   çox güzəştli qiymətlərlə təhsil ala bilərlər.

ABŞ dövləti, “Greencard”ın  sahiblərini pulsuz ingilis dili kursları ilə təmin edir.  

 “Greencard” sahibi olanlar  ABŞ-ın 50 ştatından istənilən birində yaşaya bilər.Həmçinin “Greencard” sahibləri istədikləri zaman ABŞ-ın digər ştatlarına köçə bilərlər

ABŞ dövləti az gəliri olan immiqrantlara müxtəlif formalarda köməklik göstərir. Hər bir ştatın, immiqrantlar üçün müxtəlif paketləri var. İmmiqrantlar, müxtəlif məbləğlərdə dövlətdən maliyyə yardımı, pulsuz ərzaq almaq üçün talonlar alırlar. 

Daimi vətəndaş olanlar ABŞ vətəndaşları kimi, istənilən məqsəd üçün (məs. maşın almaq, ev almaq və s.) sadə şərtlərə kreditlər götürə bilərlər.

“Greencard” proqramına müraciət edən hər kəsin qalib gəlmək üçün bərabər şansı var.  Onu da qeyd edək ki, yaşından və təhsilindən asılı olmayaraq hər kəs “Greencard” qalibi ola bilər. "Greencard" lotereyasına müraciət edən  100 nəfərdən biri qalib olma şansı əldə edir.

“Greencard” almaq şansını verən lotoreyada iştirak etmək üçün  “DV Lottery” nin rəsmi səhifəsinə müraciət etmək lazımdır. Müraciət üçün aşağıda qeyd olunan linkə daxil ola bilərniz:

https://dvlottery.state.gov/

“Greencard” lotereyasında iştirak etmək ödənişsizdir.

Qeyd edək ki, “Greencard” proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb. Bu proqramla ABŞ-a “Greencard” vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüzminlərlə şəxs içərisindən 50.000 şəxs qalib olur və onlar ABŞ-da leqal formada köçə bilirlər. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi fomada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur.

 Proqramda iştirak etmək üçün onlayn müraciətinizi ünvanlamanız lazımdır.

2021-ci il üçün “”Greencard” lotereyasına müraciət oktyabrın əvvəllərində başlanıb və 5 noyabr 2019-cu ilə qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır