Bakıda VİP zərgərlik sərgisi keçiriləcək
02 MAY 2016
960

Bakıda VİP zərgərlik sərgisi keçiriləcək

Mayın 5-7-də Bakıdakı «Four Seasons» hotelində «Art and Jewels of the World» adlı illik sərgi təşkil olunacaq. Hoteldən fins.az-a verilən məlumata görə, sərgidə dünyanın ən dəbdəbəli brendlərinin məhsulları nümayiş olunacaq. Belə ki, 3 gün ərzində «Four Seasons Hotel Baku»nun 3-cü mərtəbəsində Yvel, Fabergé və Lydia Courteille kimi dizaynerlərdən zinət əşyaları təqdim olunacaq. «Greubel Forsey - Swiss Haute Horlogerie (“Yüksək İsveç saat sənəti”) öndəgedən markası eksklüziv olaraq öz yeni şah əsərini təqdim edəcək: incəsənətin və saat istehsalında ən çətin texnologiyalardan olan Tourbillon-un birləşdiyi Art Piece 2»-deyə məlumatda bildirilir. Faberge brendindən “Lady Compliquée Peakock” xanımlar üçün mütləq zinət əşyası olacaq. Suit otaq #327 Lydia Courteille brendindən “Cabinet de Curiosités” təqdim edəcək, Suit otaq #312-də isə brilyant və dünyanın ən gözəl mirvarilərinin birləşdiyi unudulmaz Yvel zinət əşyaları yerləşəcək.

Yalnız seçilmiş qonaqlar gələ biləcək

Qeyd edək ki, «Art and Jewels of the World» sərgisinə hamı deyil, yalnız əvvəlcədən seçilmiş şəxslər, xüsusi dəvətnamə ilə qatılacaqlar. Hoteldən bildirilib ki, adı çəkilən sərgi əslində bağlı nümayişdir və bu məqsədlə dəvətnamələr hazıranaraq şəhərin müəyyən insanlarına göndərilib. Sərginin keçəcəyi 3 gün ərzində bura hər gün 100 nəfər olmaqla, ümumilikdə 300 nəfər seçilmiş qonağın gəlməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır