Azərbaycanda SEVGİ Festivalı keçiriləcək – İLK DƏFƏ
27 MAY 2016
1080

Azərbaycanda SEVGİ Festivalı keçiriləcək – İLK DƏFƏ

Mayın 29-da Bakıda ölkədə ilk dəfə olaraq SEVGİ Festivalı keçiriləcək. Fins.az-ın məlumatına görə, festival 29 may saat 16:00 da Aysberq ailəvi istirahət mərkəzində açıq havada baş tutacaq. Təşkilatçıların verdiyi məlumata görə, festival öz iştirakçılarına «hər zaman xəyal etdikləri həm fərqli, həm maraqlı, həm də olduqca əyləncəli sayılacaq gün» yaşadacaqdır.

«Festivalda musiqi, rəqs, DJ şou ilə yanaşı romantika ilə rəngarəngliyin ahəngi olan baş döndürən abu-hava, hədiyyəli yarışlar, hər addımda maraq yaradan personajlar, mascotlar əyləncənizi bir az da artıracaqdır»-deyə bildirilir.

«Çox sevdiyiniz pantomim obrazları çıxışları ilə festivala xüsusi rəng qatacaq, gözünüzü qamaşdıracaq rəngarəng dekorasiyası ilə sizi sehrli nağıllar aləminə aparacaq festivalda ailəniz, dostlarınız , sevgiliniz və yalnız özünüz olaraq fərqli yarış, oyunlarda iştirak edib bolluca hədiyyələr qazana biləcəksiniz. Ən əsası isə sizə doyunca sevinc yaşadacaq, istirahətinizi daha da əlvan edəcəkdir»-deyə təşkilatçılar bildirir.

Qeyd edək ki, Azərbaycanın İLK SEVGİ Festivalının təşkilatçısı və ideya müəllifi artıq 2 ildir ki öz kreativ, fərqli təklifləri ilə böyük marağa səbəb olan “Sürprizim var” kreativ agentliyidir. Bu günə kimi fərqlilikləri ilə seçilən “Sürprizim var” komandası “Yaz Sevgi Festivalı” ilə də fərqlilik yaradacaqdır. Festivalda iştirak üçün biletləri www.lovefestivalbaku.com ünvanından sifariş etmək olar. Əlaqə nömrəsi: 070-314-11-1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır