Bakıda “Pişmaniye” festivalı keçiriləcək
11 İYUL 2016
428

Bakıda “Pişmaniye” festivalı keçiriləcək

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Nəsimi Bələdiyyəsinin təşkilatçılığı ilə Zorge bağında Türkiyənin İzmit bələdiyyəsinin iştirakıyla “Pişmaniye” festivalı keçiriləcək.

14-17 iyul aralığında baş tutacaq festivala qardaş Türkiyədən 60 nəfərlik nümayəndə heyəti qatılacaqdır.

 “Pişmaniye festivalı” heyətinin tərkibinə Türkiyə Böyük Millət Məclisinin üzvləri, İzmit Bələdiyyə rəsmiləri və pişmaniyyəçilər qrupu daxildir.

Qeyd edək ki, qardaş Türkiyənin İzmit bələdiyyəsi ilə dostluq əlaqələrinin inkişafi istiqamətində 13.08.2015-ci il tarixdə “Nəsimi bələdiyyəsi və İzmit Bələdiyyəsi arasında Qardaşlıq protokolu” imzalanıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşəbbüsünə dəstək olaraq İzmit Bələdiyyəsi hər il öz şəhərlərində və xaricdə təşkil etdikləri Peşmaniyyə festifalınının 8-cisini bu il Bakı şəhəri Nəsimi rayonu ərazisində reallaşdırmağı nəzərdə tutub.

Nəsimi Bələdiyyəsindən bildiriblər ki, festivalın ölkəmizdə baş tutması, mədəniyyətlərarası birliyinin təmin edilməsi və dəyərlərimizin gələcək nəsillərə ötürülməsində böyük rol oynayacağına  bir daha təkan verəcək.

Mənbə: Bələdiyyə.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır