"Turist axınının artması alış-verişi stimullaşdırır - “AMCHAM”
15 İYUL 2016
227

"Turist axınının artması alış-verişi stimullaşdırır - “AMCHAM”

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) ölkədə vergi və turizm sektorlarını birləşdirən "Tax free" xidmətini yüksək qiymətləndirib. Palatadan fins.az-a bildiriblər ki, Prezident İlham Əliyev ölkədə iqtisadiyyatın diversifikasiyası və turizmin stimullaşdırmasına dair növbəti fərman imzalayıb.

"Yeni qanun əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxsiyyətlər tərəfindən Azərbaycan ərazisində alınmış məhsullara tutulan ƏDV-nin qaytarılması qaydasını nizamlayır. Azərbaycanı ziyarət edən turistlər ƏDV-ni sərhəddə geri ala bilərlər. Xərclərin həcmi 300 AZN-dən çox olmalıdır və xərclərə sənaye və kommersiya fəaliyyəti ilə əlaqədar məsrəflər daxil edilməməlidir".

Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova yeni qanunu alqışlayaraq qeyd edib: “Azərbaycan qanunvericiliyində son dəyişiklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır. Bununla yanaşı, turist axınının artması alış-verişi stimullaşdırır və xərclərin artmasına gətirir. Bu qanun Azərbaycan Prezidenti tərəfindən ölkənin iqtisadi inkişafına yönəlmiş mühüm bir addımdır”.

Turist axınının artması yerli sahibkarlığın inkişafına, yerli istehsalın artımına və ümumilikdə iş praktikasının genişlənməsinə stimullaşdırıcı təsir göstərməlidir. Yeni qərarın çoxsaylı effektləri sırasına məlumat bazasının idarəolunma səviyyəsinin artması, elektron vergi hesabının tətbiq olunması, OFE-platformaların örtülməsi, müxtəlif təşkilatlar (Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, özəl banklar, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti) arasında əməkdaşlığın genişləndirilməsi daxildir. Beləliklə, ƏDV-nin geri qaytarılması haqda son qanun turizm baxımından Azərbaycanın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək.

Amerika Ticarət Palatası Azərbaycan hökumətinə şəxsi tövsiyələrini göndərməyə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır