Bakıda Avropa Kino Festivalı keçiriləcək
27 İYUL 2016
116

Bakıda Avropa Kino Festivalı keçiriləcək

Avropa kino festivalı bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək. Bu barədə fins.az-a məlumat verən “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev festivalın müddətinin artırılmasını iştirakçı ölkələrin, eləcə də tamaşaçıların sayının artması ilə izah edib.

“Gözlənilir ki, tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq. Danışıqlar hələ ki, davam edir və festivalın proqramı üzərində iş gedir. Lakin biz əminik ki, bu ilki festival irəliyə doğru daha bir addım olacaq”.

Xatırladaq ki, 2015-ci ildə VI Avropa kino festivalda 16 ölkədə - Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveç və Azərbaycanda istehsal olunan filmlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır