Şahdağda iş adamları üçün "Summer Weekend" - Qeydiyyat başladı
01 AVQUST 2016
219

Şahdağda iş adamları üçün "Summer Weekend" - Qeydiyyat başladı

Caspian European Club (Caspian Business Club) 2016-cı il avqustun 26-28-də “Şahdağ” qış-yay turizm kompleksində ilk dəfə Summer Weekend təşkil edəcək.

Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, Summer Weekend proqramında yalnız Caspian European Club-un (Caspian Business Club) üzv şirkətlərinin rəhbər və nümayəndələri, həmçinin onların ailə üzvləri iştirak edə bilərlər.

“Caspian European Club üzvləri üçün Şahdağ otelində nömrə bronu zamanı eksklüziv endirimlər, həmçinin turizm kompleksinin yay mövsümündə yaratdığı bütün imkanlardan yararlanmağa şərait yaradacaq maraqlı proqram nəzərdə tutulub”, - deyə o qeyd edib. 

“Ümid edirik ki, Summer Weekend Caspian European Club-un (Caspian Business Club) hər il mütəmadi şəkildə keçirilən yay forumuna çevriləcək və bu forum çərçivəsində şirkət rəhbərləri qeyri-rəsmi şəraitdə perspektivli layihələr müzakirə edə və işgüzar müqavilələr nizamlaya biləcəklər”, - deyə Telman Əliyev bildirib.

Summer Weekend çərçivəsində radioidarəedici təyyarə və avtomobil modelləri arasında Caspian Energy Qran-prisi təşkil olunacaq. Yarışmada iştirak üçün Caspian European Club-a (Caspian Business Club) müraciət etmək mütləqdir.

Summer Weekend-də qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:

http://www.caspianenergy.org/index.php/en/registration/item/57-the-summer-weekend-2016

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır