“Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016”
08 AVQUST 2016
104

“Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016”

“Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016”- da Azərbaycan günü olub. Tayvanın şimal-şərqində yerləşən Yi-lan dairəsinin Dong-Shan River Chin-shue Park mərkəzində “Yi-lan Beynəlxalq Uşaq Folkloru və Folklor Oyunu üzrə Festival 2016” avqustun 15-dək davam edir.
 
İyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” Folklor qrupunun üzvləri təmsil ediblər.
 
Festival çərcivəsində Azərbaycan günü keçirilib. Azərbaycanın xalq çalğı alətlərində - nağarada ritmlər, tarda Şur, kamançada Mahur, qarmonda Segah, klarnetdə Cahargah, pianoda Bayatı-Şiraz muğamları və Aysel-Buta rəqs qrupu tərəfindən Yallı, Nəlbəki, Naz elemə rəqsləri ifa olunub.
 
Tamaşaçılarla birgə Azərbaycanın milli yaylıq atma oyunu keçirilib. Festivalda həmçinin, ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə rəqslərin və milli geyimlərin nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
Avqustun 7-də festival çərçivəsində Azərbaycan mətbəxi günü keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır