Bakıda Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
09 AVQUST 2016
100

Bakıda Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

2017-ci ilin iyun ayında Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə məlumat ölkəmizin üzv olduğu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında yer alıb. Festivalda iştirak üçün 2017-ci il martın 31-dək müraciət etmək mümkündür.

Eləcə də bax: Bakıda Avropa Film Festivalı keçiriləcək – GİRİŞ PULSUZ OLACAQ

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır