Azərbaycanda keçirilən festivallar
15 AVQUST 2016
149

Azərbaycanda keçirilən festivallar

Azərbaycanda keçirilən festivallar

Festivallar turizmin müxtəlif sahələrinə həsr olunur, daxili və beynəlxalq turizmin inkişafına təkan verir. Dünya səviəyəli festivalların keçirilməsi Azərbaycanın turizm potensialını yüksəltmək məqsədi daşıyır.

“CazFestivalı”

 Caz Festivalı musiqinin bu istiqamətini dəyərləndirən və pərəstişkarı olan bütün insanlar üçün böyük bayramdır. Bakıda caz festivalı ənənəvi olaraq 2005-ci ildən  keçirilir. Bundan əlavə,  qeyd etmək lazımdır ki, caz festivalı nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində keçirilir. Bakının bu festivala ev sahibliyi etməsi isə Azərbaycanın tanınmasına böyük təsir göstərməkdədir.

“Qəbələ Musiqi Festivalı”

Ənənəvi olaraq tək paytaxtımızda deyil reğionlardada festivallar olur. Hər il yay aylarında Qəbələ şəhərində keçirilən bu festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur. 

“Muğam Dünyası” Beynəlxalq musiqi festivalı    

                                   

"Muğam Dünyası" Beynəlxalq musiqi festivalı ilk dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 18 – 25 mart 2009-cu il tarixində Bakıda keçirilib.

“İpək yolu” Beynəlxalq Musiqi Festivalı

İpək yolu” Beynəlxalq Musiqi Festivalı Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Polşa, Hindistan, Ukrayna, Koreya, Norveç, Türkiyə, Gürcüstan, İran və s. dövlətlərdən olan musiqiçilər, milli musiqi, folklor və teatr kollektivləri çıxış edirlər.

“Bakı Beynəlxalq Turizm Filmləri Festivalı”

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

 

“Bakı-Avropa şəhərciyi" festivalı

Artıq ənənə halını almış “Baki-Avropa şəhərciyi” festivalı hər il Bakıda keçirilir. Festivalın məqsədi Bakı sakinlərinin Avropa ənənələri və mədəniyyəti ilə tanış etməkdir.

 “Nar Festivalı”

Göyçay rayonunda ənənəvi Nar bayramı festivalı keçirilir. Tədbirdə Türkiyə, Gürcüstan, Rumıniya, İtaliya, Rusiya və digər ölkələrdən gəlmiş qonaqlar, miilət vəkilləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər. Hər il mütamadi keçirilən Nar Festivalı, daxili turizmin inkışafı üçün bir nümunədir.

“Qarpız Festivalı”

Qeyd etmək lazımdır kı, bu il ilk dəfə olaraq Sabirabad “Qarpız” Festivalı keçiriləçək. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə baş tutacaq festival avqustun 19-da, saat 18.00-da Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında başlayacaq.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır