“Baku Travel Bazaar Autumn Edition 2016”ın vaxtı məlum oldu
17 AVQUST 2016
210

“Baku Travel Bazaar Autumn Edition 2016”ın vaxtı məlum oldu

Sentyabrın  23 - də “Baku Travel Bazaar Autumn Edition 2016” adlı turizm tədbiri keçiriləcək. Fins.az saytına daxıl olan məlumata əsasən, Four Seasons otelində keçirləcək tədbirin məqsədi iştirakçıları potensialı tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək və daha sıx əməkdaşlıq əlaqələri qurmaqdır.  Tədbirin təşkilatçıları Chance Travel Consulting  ( Ukraina )  və  R&S  Group ( Azərbaycan ) tərəfləridir .

Tədbirdə təmsil olunanlar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələridir.

Turizm tədbiri çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır